11.25.2009

Sona Doğru (amir vs Rafit)




Zaman səni yola verir.
Sənin günah və ya savab əməl eləməyin ona maraqsızdı.
Yaxşı və ya pis insan olmağın da.
Müharibələr və orda qırılan milyonlarla günahsız insanlar da.
Parkdakı sevgililər, onlara yaxınlaşıb gül satan körpələr də.
Ən son model avtomobil alıb "dost"larının yanında özünü öyən oğlanlar da.
Adamın əsəblərini gəmirən,super kley kimi yapışıb,pul almıyana qədər əl çəkməyən azyaşlı dilənçilər də.
Sinifin "çumo"ları və "qoçaq"ları da.
Qulaqcıqla dayanacağda dayanıb heç kəsi vecinə almayan oğlan da.
Mini yubka geyinib hər  dəyqə yubkasını aşaqı dartan "utancaq" qiz da.
Ona baxıb ağzının seliyini köynəyinin üstünə axıdan oğlan da.
Masturbasiyani kişiliyə namizəd,faişə ilə yatmağı kişilik hesab edən oglanlar da.
Öz-özünə danışan qocalar da
Pornoya baxan körpələrdə,və ya pornoda iştirak edən körpələr də.

Sənə hər keçəndə salam verən Əhməd də.
Uzağlaşandan sonar qeybət qılan Zakir də.
Saqqalını uzadıb cənnətə qalxan “ağıllılar” da,
Niyə yaşadığını da bilməyən dahilər də.
Kinoda oğurluğun necə də pis olduğunu dərk edən uşaqlar da.
İlk oğurluğunu indicə edən uşağlar da.
Damarına doldurduğu həzzi hiss edən axmağ da.
Etdiyi əməli dərk etsə də yenidən təkrarlayan sarsağ da.
Əlində çanta özünü “məhv” edən kukla da.
Gecə-gündüz yatmadan adını qızıl hərflərlə tarixə yazan alim də
Manyak da, Ölü də, Ac da, Tox da.

Mənim indi yazdıqlarım da.
Sənin bu yazını oxumağın da.
Geridə qoyduğu hər an da.
Ona hər kəs və hər şey maraqsızdı.
Amma onu günahlandırmaq olmaz.
O sadəcə öz misiyasını yerinə yetirir.
O sadəcə tələsir, sona doğru tələsir.
O SADƏCƏ BELƏ YARADILDI...
 by amir & Rafit
18.11.09