11.29.2009

LoM...


Sən şəkilsən. Divarda çəkiblər səni. İstəsələr başıaşağı, istəsələr əyri, istəsələr heç çəkməzlər...
Rənglərini özləri seçir, fonu, işığı.. hər şeyi..
Sən sadəcə çəkilən hər-hansı bir cisimsən...
Qısacası həyatda yerin yoxduuu...
Amma sən qışqıra bilirsən, etiraz edə bilirsən...
Nə dayanmısan..? Hərəkətə keççç!!!!
by Rafit
29.11.09

11.25.2009

Sona Doğru (amir vs Rafit)




Zaman səni yola verir.
Sənin günah və ya savab əməl eləməyin ona maraqsızdı.
Yaxşı və ya pis insan olmağın da.
Müharibələr və orda qırılan milyonlarla günahsız insanlar da.
Parkdakı sevgililər, onlara yaxınlaşıb gül satan körpələr də.
Ən son model avtomobil alıb "dost"larının yanında özünü öyən oğlanlar da.
Adamın əsəblərini gəmirən,super kley kimi yapışıb,pul almıyana qədər əl çəkməyən azyaşlı dilənçilər də.
Sinifin "çumo"ları və "qoçaq"ları da.
Qulaqcıqla dayanacağda dayanıb heç kəsi vecinə almayan oğlan da.
Mini yubka geyinib hər  dəyqə yubkasını aşaqı dartan "utancaq" qiz da.
Ona baxıb ağzının seliyini köynəyinin üstünə axıdan oğlan da.
Masturbasiyani kişiliyə namizəd,faişə ilə yatmağı kişilik hesab edən oglanlar da.
Öz-özünə danışan qocalar da
Pornoya baxan körpələrdə,və ya pornoda iştirak edən körpələr də.

Sənə hər keçəndə salam verən Əhməd də.
Uzağlaşandan sonar qeybət qılan Zakir də.
Saqqalını uzadıb cənnətə qalxan “ağıllılar” da,
Niyə yaşadığını da bilməyən dahilər də.
Kinoda oğurluğun necə də pis olduğunu dərk edən uşaqlar da.
İlk oğurluğunu indicə edən uşağlar da.
Damarına doldurduğu həzzi hiss edən axmağ da.
Etdiyi əməli dərk etsə də yenidən təkrarlayan sarsağ da.
Əlində çanta özünü “məhv” edən kukla da.
Gecə-gündüz yatmadan adını qızıl hərflərlə tarixə yazan alim də
Manyak da, Ölü də, Ac da, Tox da.

Mənim indi yazdıqlarım da.
Sənin bu yazını oxumağın da.
Geridə qoyduğu hər an da.
Ona hər kəs və hər şey maraqsızdı.
Amma onu günahlandırmaq olmaz.
O sadəcə öz misiyasını yerinə yetirir.
O sadəcə tələsir, sona doğru tələsir.
O SADƏCƏ BELƏ YARADILDI...
 by amir & Rafit
18.11.09

11.20.2009

axı dünya fırlanır...



Salam. Dünya sən niyə fırlanırsan?
VAllah lazım deyil.
Qoy səhər açılmasın. Gün batmasın. İnsanlar vaxtı bilməsin.
Səni də başa düşürəm fırlanmalısan. Əgər öz oxun ətrafında fırlanmasan günəş səni özünə çəkər. Məhv olarsan.=)
Amma gör özünü qurban verib neçə-neçə insanların axırına çıxa bilərsən.
Sən də insan kimisən sənin də axırın gələcək. gör neçə milyard il yaşamısan e...
Sənin də axırın gələcəy o gün...

İntihar elə dayan!!!
belə varlıqları üstündə gəzdirməydənsə...

Özün bilərsən. Mənnən sənə məsləhət...
Nəisə mən getdim yatmağa sağol... =)))

by Rafit
19.11.09

11.17.2009

Müəllim(plus)...


Müəllim…

Ey “hörmətli” müəllim,
Hər ciblərdə gözün var.
Hər kənddə, hər şəhərdə
Sənin söyənlərin var.

Aldığın rüşvətlərin
Gülü çiçəyi solmaz.
Dünyada sənin kimi
Varlı şalban tapılmaz.

Səni sevir hər şagird.
Fond pulu istəməsən.
Süpürgə və təmizliyi,
Cibinnən ödəməsən.

Keçdiyin bu dərslərin,
Heç marağı da “çoxdu”.
Arxada yatan uşağın
Sənə sualı yoxdur.

Nəisə bla bla bla.
Məllimlik zirvəzini məhv edən insanlar var təsüf ki. Belə insanlar elə çürüy cəmiyyətin yaranmasının əsas vasitəçiləridir...

remaked by Rafit
11.11.09

11.10.2009

Narkamanla müsahibə...



- Ilk dəfə narkotik maddənin hansı növündən və nə vaxt istifadə etmisiz?
- İlk dəfə 8`ci sinifdə xaş-xaşla başlamışam. Öz aramızda “ot” deyirik. Dərsə getmirdim, avara uşaqlara qoşulub çəkirdik. Eehh yenə o günlər düşdü yadıma.
- Narkotik maddədən ilk istifadə sizə necə təsir etmişdi?
- Pis təsir etsəydi 29 yaşıma qədər istifadə etməzdim.
- Narkotik ahudəçiliyin sonunun erkən ölüm olduğunu hər halda bilirsiz...
- Mən öləcəm, ancaq narkotikdən yox. Çünki həddən artıq və iynədən istifadə etmirəm. Sadəcə, həyatın gözəlliklərini dərk etmək üçün xaş-xaşdan istifadə edirəm.
- Ailə quranda həyat yoldaşınız narkaman olduğunuzu bilirdi?
- Əlbəttə yox. Sonradan öyrəndi. Ancaq mən nəşəli olanda problem çıxartmadığım üçün heç bir söz demədi.
- Narkotik maddə sizə nə verir?
- Özümü xoşbəxt insan hesab edirəm. Arzuladığım, ancaq heç vaxt gerçək olmayan fikirlər, idealar gəlir ağlıma.
- Maraqlıdır, nə fikirdi o elə?
- Xəyallar qururam. Təsəvvür edirəm ki, “Neftçi” “Barcelonaya” 5-0 qalib gəlir.
- İçki də içirsiz?
- Yox əsla.
- Niyə?
- Çünki içki haramdır. Qurani-Kərimdə yazılıb ki, spirtli içkilər haramdır.
- Bəs narkotik haram deyil?
- Yox. Quranda narkotik haramdır yazılmayıb.
- Qurana inanırsan. Bəs cənnət-cəhənnəmə necə?
- Mən indi cənnətdəyəm. Mənim cənnətim narkotikdir.
- Narkaman adı sizə pis təsir etmir?
- Mənə narkaman deməyin xahiş edirəm. Mən narkaman deyiləm, sadəcə, həyatdan zövq alıram.
- Gündə neçə dəfə istifadə edirsiniz?
- 5-6 dəfə
- Çox deyil? Axı, bu, həyat üçün təhlükəlidir.
- Ot nə vaxtdan adam öldürür? Heç nə olmaz. Zövq almaq lazımdır.
- Narkamanlığa görə kimsə sizi alçaldıb?
- Məni kim alçalda bilər? Otdan istifadə edəndə dünya ayağımın altında olur, nəinki insanlar.
- Nə vaxtsa bu vərdişi buraxmaq fikriniz var?
- İstəsəm sabah ataram.
- Axı narkotiki buraxmaq çətin olur.
- Güclü iradəsi olan buraxa bilər...
Mənbə: Yeni Müsavat qəzeti

11.07.2009

Özüvü dəyiş...

Mən yaşıyıram. Ey camaat məni eşidirsiz? Mən yaşıyıram. Mən nəfəs alıram. Siz məni tanıyırsız? Məni tanıyırsız? Eh... Hardan tanıyasız e..?
Nəisə
Bilin də yəni mən yaşıyıram. Sizin kimi nəfəs alıram. Amma haçansa öləcəm, helə sizin kimi. Öləcəm...

Ölənnən sora mənim ruhum yuxarı uçacağ.Helə sizin ruhunuz kimi. Yuxarıda 2 dənə yər var. Məkan var. Cənnət, cəhənnəm.
Mən cənnəti istiyirəm. Sizin kimi. Hələ elə bir adam da qarşıma çıxmıyıb ki, desin ki mən cənnətə istəmirəm.
Amma əməldə "heç kim" doğurdan da istəmir...
Bəs körpüdən keçəndə hansı üznən cənnət istiyəcəylər. Mən deyirəm qismətdi amma, sükan hamının özündədi.
Qorxuram cəhənnəmdən. Birdən deyirəm ora düşdüm. Orda mənə zülüm edəcəylər. Cəhənnəm zülmünü. Sonra da fikirləşirəm ki, əgər ora düşmüşəmsə deməli oranı özüm haqq etmişəm. Öz əməllərimlə qazanmışam.
O mənim kimi olan insanlar da, elə mənim kimi etsələr, onlar da ora gedəcəylər. Çünkü onlarda mənim kimidirlər. Belə baxanda pis yaşamağa nə var? Yenə qayıddığ pis yaxşı məsələsinə. Düzəlin də.
Pis əməldən uzaqlaşmaq, özü yaxşı əmələ yaxınlaşmaq kimidir...

P.S Özüvü dəyiş! Bəsdir day, Allahına sığın! Qiyamətə az qalıb. Sonuna az qalıb...
by Rafit
07.11.09