5.31.2010

Uğur uğur dalıyca...


Deməli bu ilin Milli kitab mükafatçısı QaraQanın "A" romanı oldu...
hamını təbrik edirəm, HOST`un növbəti uğuru münasibəti ilə...
Gələn il də "Bir Milyon Dollarım Olsaydı" olar birinci yer yəqin ki (;

Milli Kitab Mükafatı 2010 

Hava Od Su Torpaq



Həyatda təkcə nifrət obyekti olan bəzi şeylər var ki, onları həmişə kölgədə saxlayan tutarlı səbəblər olur və bunları vecinə almırsan.
Aydındır ki, bu səbəbləri bəzən izah etmək çətin olur, bəzənsə izah edə bilmirsən, ya da bəlkə də nə vaxtsa edəcəksən,o anı gözləyirsən.
Vergül qoyub həyatına davam etmək istəyirsən, səni başa düzməzlər deyə öz içindəki dünyada yaşayırsan.
Azad hiss etdiyin yerdə sənə doğma olan sözləri eşidirsən, səni təklikdən ayıran, hisslərinin danışdığını hiss edirsən.
Olmaz deyib içində xəyalların puç olduğunu görürsən və bunu istəmədiyin üçün qarşındakıları tənqid etməyə başlıyırsan.
Durduğun halda birşey etmədiyinin fərqinə varıb, ətrafdakılara baxıb, səni "qoruyanların" səni məhv etdiyini anlayırsan.
Sevgidə özünü "itirdiyini" başa düşürsən və bunu hamıyla paylaşmaq istəyirsən, cəhd edirsən.
Ulduzları yaxından seyr etməkdən çox onun gözlərindən öpmək istəyirsən, uzağlaşanda darıxırsan.
Tərbiyəsiz cəmiyyətin kölgəsindən uzaq edib onu qucaqlamaq istəyirsən.
Onunla birgə olmağa mane olanları məhv etmək, ya da vaxt yoxdu, mane olmağlarını istəmirsən.
Rəqib kimi baxıb, zəyif yerlərini tapıb onları yandırmaq üçün səhvlərini üzlərinə vurursan, etdiklərinə sevinirsən, fəxr duyursan.
Pisliklərdən uzağ durub onları özləriylə döyüşməyə vadar edirsən, çox vaxt alınır, çox vaxt isə yox.
Alınsa da alınmasa da bu belədir deyib ağızlarından "şillə" vurursan və səhv olduğlarını anladırsan.
Qaydalara qarşı çıxıb, qaydaları qoruyanları qınayırsan hər şey özlərinə buraxırsan, qoy öz başlarını özləri çıxartsınlar bu həyatdan deyib sakitcə qeyb olursan...

5.29.2010

Biz İnsan Deyilik


Maska bi dənə albom gəlir...Repin tarixinə öz damğasın vuracaq...
Mən deyərdim sənət əsəri. ya da HOST`un hələki ən dəhşətli layihəsi...
Çox danışmıyağ...
Sabah albom çıxır hamıya məcbur edirəm albomu alsın! yoxsa pis olar ((:
Qısacası böyük gün sabah...

fikirlər...


Mən oturub bütün günü fikirləşirəm. "Mən nə edəcəm? Bax univer`də oxuyuram. İstəmirəm day getmək...

5.22.2010

gəl gedək!




Gəl gedəy ulduzlar rəqs edər bizimçün orda
Gəl gedəy ayağyalın mavi dəniz sahilində
Gəl gedəy orda insanlar yoxdu deməli yoxdu dərd
Gəl gedəy əlimnən bərk yapış gəl gedəy
Gəl gedəy orda çiçəylər və göyərçinlər
Gəl gedəy sərin sulu bulax yaşıl çəmənliylər
Gəl gedəy at bu qaranlıx şəhəri bir dəfəliy
Gəl gedəy canım, gəl gedəy gözüm, GƏL GEDƏY!

gəl gedəy yüklə!
gəl gedəy [live] yüklə!

reklamlar... ((:

İniesta ft. Xavi // Barça(L)...



barça`nın yarım müdafiyə dahiləri.
Mənə çox adamnan əzizdilər tanımasamda onları... ):