5.29.2010

fikirlər...


Mən oturub bütün günü fikirləşirəm. "Mən nə edəcəm? Bax univer`də oxuyuram. İstəmirəm day getmək...
Dərs də keçmirlər düzəməlli bunu praktikaya gedib 1ilə daha mükəmməl öyrənə bilərəm. Bəlkə getmiyim?!", "Belə bir fikrim var. Bəlkə onu mühazirədə qışqıraraq hamıya deyim? Vallah uşağlar hamısı bəyənəcək.", "Bəlkə küçədə qışqırım ki, ay camaat dəyişin, belə hara gedirsiz?" huuuuuuuuuf və daha nələr-nələr. Çoxdu ye fikirim...
Bu ideaları fikirləşmək elə də çətin deyil. Sadəcə ağıla gəlir. Amma, bax burda böyük AMMA durur.
İndi mən univer`ə getməsəm valideynim məni elə günə salacağ ki, yəni, dişimi sıxıb getsəm daha yaxşıdı. Onsuz da elə olacaq.
Mühazirədə qışqırsam müəllim məni çıxarar çölə. İmtahandan da qovar. Adım dekanın ağzında saqqız olar. Gəl indi vəziyyətdən çıx!..
Çıxıb camaata desəm ki, ay ağılsızlar özüvüzə gəlin zombi kimi hərəkətlər edirsiz. Həyatınızı rahat yaşayın. Yox kimdi mənə qulağ asan?! TV`dən başqası yalandı. Məni də basarlar maşına apararlar dəlixanaya. Ordan da gəl çıx!
Yaxşısı başıvı sal aşağı öz işivi gör və heç kimə fikir vermə fəlsəfəsi! Zombi həyatı daha rahatdı.

by rafit
[20.05.10]