5.31.2010

Hava Od Su Torpaq



Həyatda təkcə nifrət obyekti olan bəzi şeylər var ki, onları həmişə kölgədə saxlayan tutarlı səbəblər olur və bunları vecinə almırsan.
Aydındır ki, bu səbəbləri bəzən izah etmək çətin olur, bəzənsə izah edə bilmirsən, ya da bəlkə də nə vaxtsa edəcəksən,o anı gözləyirsən.
Vergül qoyub həyatına davam etmək istəyirsən, səni başa düzməzlər deyə öz içindəki dünyada yaşayırsan.
Azad hiss etdiyin yerdə sənə doğma olan sözləri eşidirsən, səni təklikdən ayıran, hisslərinin danışdığını hiss edirsən.
Olmaz deyib içində xəyalların puç olduğunu görürsən və bunu istəmədiyin üçün qarşındakıları tənqid etməyə başlıyırsan.
Durduğun halda birşey etmədiyinin fərqinə varıb, ətrafdakılara baxıb, səni "qoruyanların" səni məhv etdiyini anlayırsan.
Sevgidə özünü "itirdiyini" başa düşürsən və bunu hamıyla paylaşmaq istəyirsən, cəhd edirsən.
Ulduzları yaxından seyr etməkdən çox onun gözlərindən öpmək istəyirsən, uzağlaşanda darıxırsan.
Tərbiyəsiz cəmiyyətin kölgəsindən uzaq edib onu qucaqlamaq istəyirsən.
Onunla birgə olmağa mane olanları məhv etmək, ya da vaxt yoxdu, mane olmağlarını istəmirsən.
Rəqib kimi baxıb, zəyif yerlərini tapıb onları yandırmaq üçün səhvlərini üzlərinə vurursan, etdiklərinə sevinirsən, fəxr duyursan.
Pisliklərdən uzağ durub onları özləriylə döyüşməyə vadar edirsən, çox vaxt alınır, çox vaxt isə yox.
Alınsa da alınmasa da bu belədir deyib ağızlarından "şillə" vurursan və səhv olduğlarını anladırsan.
Qaydalara qarşı çıxıb, qaydaları qoruyanları qınayırsan hər şey özlərinə buraxırsan, qoy öz başlarını özləri çıxartsınlar bu həyatdan deyib sakitcə qeyb olursan...
by Rafit
31.05.10