5.22.2010

hərdən...




salam
marağlı olar ee...
Bir gör nələr deyəcəm sənə.Hə sən... səninləyəm, yox e səninləyəm hə sən...
Monitorun qabağında oturan aha...
bir qulağ as gör nə deyirəm... aha bax...
hərdən özümü danlıyıram...
hərdən sığallıyıram...
hərdən özümü aldadıram...
hərdən inanıram...
hərdən sağaldıram...
hərdən öldürürəm...
hərdən özümə tüpürürəm...
hərdən güzgüdən çıxıram acığımı...
hamıdan çox özümə hörmət edirəm...
Amma ilk dəfədi özümə salam deyirəm...
hərdən özümə gülürəm...
o gün sevincdən ilk dəfə gözümü yaşladım...
Utanan da qızarır, qızaranda utanıram...
göyə baxanda özümü, suya baxanda buludları görürəm...
hərdən qatil olduğumu sanıb hər divarın arxasını pusuram...
Hərdən dizlərimi qucağlayıram, ki onda keyiyir əsəbləşirəm...
Çox ürək qırmışam vecimə alıram...
Çox ürəyimi qırıblar veclərinə almıyıblar...
Mən də vecimə almamağ qərarına gəldim...
Hərdən belə olanda qərarları unuduram...
hərdən isə qərar olmur, amma yenə də unuduram...
hərdən birini çağırıram özüm haqqda danışıram...
Amma marağlı nə var ee "sənə nə?!"
hara gedirsən qulağ as da... 
Sənə nə mənnən? Belə marağlıyam sənə?..
Hərdənsə belə yazı yazıram...
Hərdən sən oxuyursan...
amma yenə unuduram...

by Rafit
21.05.10