5.05.2010

Günəş şüası...


Sənin təxəyyülün səni zaman-zaman aldadır. Sadə hərəkətlərdə yersiz həyəcanlanma. Nəfəsin çəkir, dərin hıçqırıq, özünü itirir...
Yerdə cəsədtək uzanır, bilmir. Çatlağ şüşəli pəncərədən gələn şüa. Göz qamaşsa da ayılmağa taqət gətirmir...
Saatın zəngi çağırır, durmağa məcbur alınır, Təəccüblənir - Bu niyə çaldı?.. Mən qoşmuşam? Tələsir - nəyə tələsirəm? axı mən heçnə etməli deyildim...
Birdən gözü əqrəblərin hərəkətinə diqqət yetirdi və saniyə əqrəbi tərsinə hərəkət edirdi. Qarşısında stul var idi yaxınlaşıb oturmağ istədi. Oturanda qırıldı əsəbindən ona bir təpik. Ayağı ağrıdı. Aaaa...
Birdən otağı sakit hıçqırtı bürüdü. Axı niyə belə oluuub? Bu yuxudu? Əllərinə baxdı kiçik çapığ var idi heç yadında deyil.
Döşəmədə şüanın azaldığını gördü.
Ayağ qalxmağı ilə pəncərənin qabağında olmağı bir oldu. Gur işığlı günəşin qarşısını kəsən qaranlığ, müşahidə...
Ətrafdakı insanların təşvişi, boğuğluq, təlaş...
Hamı heyrətlə bu hadisəyə müşahidə...
Birdən göy guruldadı. Yağışa xəbər verirdi. İnsanların çətirləri açmağını gördü. Onlar bir istiqamətdə hərəkət edirdilər.
Tez kapüşonunu geyindi. Papağın üstündən keçirdi başına. Ayaqqabısını da qapının ağzında cəld ayağlarına saldı.
Bir də pəncərədən aşağı baxıb, player`i götürdü qaçdı çölə...
Pilləkənləri iki-iki arxada qoyur. Blokun ağzına çatır...
Həyətə düşəndə artığ heçkəs yox idi. Ətrafda adamlar yox idi. Elə bil illərdi bura ayaq basılmır. Heçkəs yox idi. Ətraf dumanlı və çox qaranlığ idi.
Yol alaraq yaxındakı maşın yolunu seçir. Ayağlar da titrəyir sözə qulağ asmır. Təlaş dolu addımları bir anlıq başını qarşıdakı ağartıya diqqət çəkdirmək üçün dayandırdı.
Qulpu qırıq mətbəx bıçağı ilə ürək nahiyyəsindən vurulmuş insan yerə sərilmiş. Üzündən çox qorxunc insana oxşayırdı..
Qanı cəsədə doğru yavaş-yavaş hərəkət edirdi. Elə diqqətini də bu çəkir. Yaxınlaşıb onu nəzərdən keçirtmək istəyəndə, yandan qaçıb gələn qara it hürməyə başlıyır. Cəsəddən qabağda uçuq-tökük xəstəxana. Amma heç kəs yoxdu. Tələşdan oğlan ətrafında bir dövr edir və xəstəxanayla üzbəüz arxada başqa ağartı görür. Bu onun yatağı idi. Hardan gəlib bura, bu ki mənim yatağımdır?...
Təşviş içində ürək döyüntülərini baş dərisində hiss edirdi. Bütün bədəni titrəyir, içini atıb qaçmağ istəyirdi...
Yatağa yaxınlaşdı biraz onun üzərində oturur. Dirsəyini dizi üzərinə qoyur, ovucunu isə üzünə. Elə bu an cəsəd tərəfdən qışqırtı eşidir. Başını qaldırıb görmək istəyəndə artığ ona yaxınlaşan həmin ürəyində bıçağlı adamı görür. Adam qışqıraraq ona doğru irəliləyirdi.
Günəşin şüalarını qaranlığ yavaş-yavaş tərk edirdi... Bunu görən oğlan nə etdiyini bilmədən yatağına uzanır. Qalın yorğanı üzərinə çəkir.
Bir neçə saniyə ərzində özünə onlarla sual verirdi. Biraz da təəssüf hissi. Əlləri ilə saçlarını yolurdu. Soyuğ tər alnından burnuna damcı halında enirdi. Artığ qışqırtı səsi ən güclü halına çatır. Oğlan da qışqırmağa başladı...
Adam yanında...
Oğlanın səsi elə gur idi ki, adamın səsi artığ eşidilmirdi. Birdən sakitlik çökdü. oğlan dərisi ilə ətrafın isindiyini hiss etdi. Oğlan qorxa-qorxa nə baş veriyini görmək üçün gözlərini açmağa başlayır. Marağ dolu baxışlarla kipriklərin fonunda öz iş masasını gördü. Sevinc hissinin qorxu ilə qəribə qarışığını başını balışdan qaldırdıqdan sonra tam əminliklə içindən "yuxu imiş" sözləri ilə də qarışdırdı. O öz otağında idi.
Təngənəfəs olsa da içindəki boşluqda çətinliklə qazanılmış rahatlıq hiss etdi. Yavaşca ayağa qalxıb pəncərənin qabağına gəldi. Stulda oturaraq günəşə baxırdı. Necə də xoş idi gözünün qamaşması...
Sakitliyi pozan saat zəng çalır və işə getməli olduğu yadına düşür...


by Rafit
05.05.10