2.25.2011

sadə


Evimizə yağış yağır.
Buz bağlayıb hər yerimiz
Sınıq salxaq bir otaqda
Hədər gedib günlərimiz
Işıq varmı?
Küçələri min bir rəngə boyasaq da
Boz rəngdədi otağımız
Vitrinlərdən bizə baxan manikendi hisslərimiz
Toz bağlayıb silən yoxdu
Artıq ona baxıb gulən yoxdu
Amma yenə də çılpaqdı
Demə ki, biz balacaydıq.
Elə adam tanımıram
Vitrindeki o çilpağa baxıb rişxənd eləməsin.
Rəngli şəhərin qanunudur.
Baxımsız, amma, ondan gözəlləri
Hər görəndə lağa qoyur.
İçden içə paxıllayir
Köks oturub sızıldaylr..
Onun xəbəri yoxdu içindəki gözəllikdən
Bir gün üzə çıxacaq o.
Yüz illiyin qəhqəsi təsir etməz heç həmin gün
Bəlkə o vaxt qeybə çıxar.
Xəbər olmaz bir də ondan.
bilməy də olmaz bu da ondan
bax insan oğlu, çox bəsitdi
işi-gücü, ruhu, özü
fikirləşmək və etməkdi
nəsə düz, hərdənsə səhv
əsas etdiyin öyrənməkdir.
həyat belə qurulub
hər addım - önə getməkdir.
sevinc, kədər və s.`lər
burda sadəcə köməkdir.
bax damlayır son damlalar,
ötən payız dünənindən
tökdüyü yarpağlardır,
bu gün tutub əllərindən
demirəm mən atıl - yorul.
qaç çəmənlik güllərindən
sadəcə hərdən, bax arxaya
vidalaş kədərli günlərindən

by Belatriks (Feride M`Zone), Rafit Monea
22:48 
25.02.2011

2.20.2011

ağzıma gələnlər - allah bilir neçənci ((:

açdığım bəlkə də 200`cü untitled
yorulmuram bunu etməkdən gələndə həvəs
oxuyursan oxu oxumursansa ged
bunu eşitməkçün lazımdımı bura keçmək
lazım oldu yazıram, istədiyimi hətta
kiminsə zövqünə oynamıram klavlarla
özgəsi deyilsən deyim sənə biraz
istədiyini elə, gözlərdə istəsən qırağ
heç kimnən, heçvaxt qorxmuram brat
onların həyatı uzağı ayağımın altı,
deyiləm koroğlu yoxdu atım qırat
heç lazım deyil silahım qələmdə qaldı.
"ver gülü!" yox, vergülü yazaraq keçəcəm növbəti
gəlməyi, getməyi var bunları bilməli,
harasa qeyd etməli,
hazır text`di bura yazıram sora silməli,
yox elə beləcə təqdim etməli
bunu bilənlər güləcək, qısqanan çevirəcək,
sənsən mənim uğurum deyəcəm sənə..
deyəcəm sənə, bu dəfə mən güləcəm sənə ((:

22:05
20.02.2011

2.18.2011

sizdən


kimin həyatı əlimdə oyuncağdı
kimin əlində həyatım oyuncağdı
əsas odu yaşadığımı, istəyim və doyuncadı
yaddaşım hər hansı bir dərd mənimdi
müəllif hüququları, made by rafii
qarışma yazılarıma,
qarışmıyın siz mənə
qarışma dərdlərimə,
sizin kimi bir dəliyəm mən də,
nə baxırsız qəribə, nə baxırsız,
nə anlıyırsız? mənim sifətimə
iyrənc və murdar cizgilərdən
sizdən gizlətmirəm, gizlətmirəm.
hətta içimdəki qəfəs deyil bu, tordan
azadlıq dediyimi, hər nədisə cırıram,
çıxıram, hər tərəf əl-əlvan
bu deyil, bu deyil nağıllardakı
hər hansı bir qələbə, günəş yada ki,
bu sadəcə iç dünyamdı çölümə yayılıb.
əlbəttə sizsiz bir günüm olmasın yanımdasız
bezməmişəm sizdən öyrəşmişəm ağlımdasız
bəlkə də sizsiz sevgim, camaatın dediyləri boş
və mənasız, marağsız söhbətlərdi, nədi?
gücüm artığ tükənib, əzələ liflərim verdiyi refleksdi.
ya bir qurtum su, ya da sevgi verin mənə
içki verin mənə, dəm olmağçun dərd verin mənə
dərdlərdə boğulmamağçun səbr verin mənə

PS, bezmişəm sizdən, sizdən və sizdən..

22:33
18.02.2011

2.17.2011

Arsa - Barça

Saat 00:39 və Arsenal - Barselona oyunun taymautundayığ. super təsüratla deyə bilərəm ki, baxdığım ən marağlı oyunlardan biridir. Barseloan oyunundan zəhləsi gedənlərin əsl futbol dərsi ola biləcək bir oyun. indi mən bilmirəm hesab neçə olacağ. ona görə oyuna tam baxıb yazacam. bütün aydınlığı ilə. qolu Villa vurub, Messinin pası ilə. birazdan gələcəm.

Saat 01:34 düzdü elə də xoşa gələn hall olmadı. Arsenal iki qolu vurmağı bacardı. və hesab 2 -1 oldu. mən isə başqa şeyə görə heyifislənirəm. Pikenin sarı vərəqə alıb növbəti oyun şansını itirməsinə. belə ki, Puyol da zədəsini düzəldə bilməsə Kamp Nouda əməlli başlı çətinliyə düşmüş olacağ. inaşallh düzələrə hər şey.
amma belə, pis hesab deyil 2 - 1.

PS, gələn oyun..

2.11.2011

svlbgymrtllhblrkkyprt ((:


sosiallaşmadan bir gün yaşıya bildim,
yəqin ki, yaşayaram başqa bir gün daha
düzü yeni bir heçnə öyrənmədim,
hələ gün qutarmıyıb hər şey qabağda.
ümüd uzağda ona çatmağ deyil istək,
əsas odu yaşayasan nə olar olar deyək.
stolun üstündə siçan, klaviatura
biraz uzağda dayanıb monitor,
əslində bitişikdi bunnar bir-birinə,
noutbukda sistem yaradılıb belə,
bilmirəm niyə, keçmək istədim,
buna dəxli olmayan başqa sətirə,
tanıdım bu gün yeni bir nəfər də,
yeni həyat, yeni tale, yeni nəfəslə,
qatdı öz rəngini mənim təsəvvür şəkilmə..
nəsə bəsdi onsuz marağsızdı
yazmağ da mənə, nəsə yenə..

22:03 
11.02.2011

Для нее


qaqaşın canı yansın. maskadı da..
Когда потухнет свет на кухне, там останется Guf

 

Rafit Monea


diyəsən dünən oturub fikirləşirdim ki. yox yox fikirləşmirdim, elə birdən ağlıma gəldi ki, mən sosiallaşmağ nə`m qloballaşmağ zad istəmirəm. heç məhşur da olmağ istəmirəm. elə bu. amma bloqumun peycini açmağ ideayısı facebook`un səhifələr üçün yaratdığı söhbətdən sora gəldi. dostlarımnan biri təklif elədi düzün desəm. elə açdı. məni də admin elədi. dedim: "yaxşı. onsuzda çıxırdım feysdən." bu qalsın elə əvəzimə. elə-belə mırt söhbətlərdən son nəticə olaraq bu alındı. heç kim məcbur deyil və bu yazını heçkimə məcbur eləməmişəm oxumağa. nəsə qalanı msn. ((:
yazdı: antisistemşik Rafit :P
dəyişməyə özümüzdən başlayaq deyir həm də.. ((:
love u`r all.

13:29
11.02.2011