3.16.2011
the end
çıxılmaz vəziyətdə olmusan heç?
söhbət sevdiyin insanlara, 5 dəqiqə əvvəl çörək aldığın satıcıya və yaxud dünən müəllimin qabağında yalanıvın keçmədiyini anlayan zaman, çıxılmaz vəziyətə düşməyindən getmir.
söhbət sabahına deyiləcək yalanından gedir. bax. gələcəyini fikirləş demədim mən.
artığ deyillər azad olmağ üçün işləmək lazımdı, boş nəfəs almağ bəs eləmir. oturub quru divarlarda mənzərələr kəşf etmək bəs eləmir.
bəzən nəyisə gözləməli oluruq. gözləyici rolunu bizə ötürərək, bu rola daxil olmağını bizdən tələb edən ətrafımız.
deyirlər ki hamı bir-birindən asılıdı.
kimsə puldan asıldı, kimsə internet dünyasından, kimsə narkotik maddələrdən asılı. kimsə şəxsi neftindən, kimsə Rusiya və Amerikadan asılıdı, kimsə isə sadəcə gələcək işindən asılıdı.
Hamı haçansa bu rolda olduqlarını bizə bəyan edib, bunun heçvaxt dəyişilməyəcək bir aksioma bənzədirlər.
PS, fərq varın axırıncı yazısı idi bu. the end
chester, Rafit
25.02.2011
3.14.2011
fərq var - fv3
onlar hələ də mərhəmət arzulayırlar. hələ də TV`də açılan yalvar-yaxarlar kampaniyalarına bezmədən baxmaq, ürəyi yanmağla məşğul olurlar.
axırda istifadə olunan elə özləri olacağlar.
kloun telekanallarda sevgi dilənçiliyi ilə məşğul olan fahişələri seyr etməkdən bezmirlər.
biqeyrət müğənnilərin, stilistlərin biqeyrət həyatlarını izləyib, təkrarlamağı təzəcə fikirləşənlər və seçənlər. ətrafımız bundan ibarətdir.
TV industriyası indiki, cəmiyyətdən öz övladı kimi razıdı.
bir qırığ kərpicə görə, öz mənliyini, özünü satan insanlar da tanıdığ. sonda isə hamı əməlindən peşimandı.
təzəliycə hamı nədənsə qorxur. uzadan əllər yox, alan əllər kəsilib kimi görsənir. qəribəsi ordadı ki, bu vəziyyətə sevinən insanlarda yağışdan sonrakı ilbizlər kimi görsənir.
bunu da deyim, bu millət "ilbizlə", "iblisi" də dəyişik salır. indi görürəm ki, bəzən fərqin də olmadığı yerlərə rast gəlirik.
hamını qaranlıq otağa salıb, sorğu-sual etsək, mərcə girməyə belə hazıram ki, 100%`i peşaman olar.
peşmançılığ müsəlmanın qanındadı. qanımızda başqa şeylər də var. və bunların hamısı normal sosial həyat sürən insanların həyatına baxanda fərqin var olduğunu qızıl həriflərlə yazıldığı məqamlardır.
biz xəstə adamlara baxanda ağlayan və eyni zamanda göz qamaşdırıcı geyimlərdən ötrü ürəyi gedən canlılarıq.
PS, evində dərman üçün pul tapmıyıb, öz xəstə oğlunun can verməsini izləyən ana ilə, bir mərtəbə aşağıda piyli ərciyindən aldığı pulu xəyalında necə silikonlu dodaqlara çevrilməsini görən eyni yaşlı fahişənin fərqini heç kim bilmir..
Rafit, chester
26.02.20113.12.2011
ağ qara
"Həyatı ağ qara bildirməyi sevirəm. hərdən elə olmadığı, 'fikirlərini dəqiqləşdir' deyə özümlə mübahisə etsəm də, sevirəm. mənim xəyallarımı bildirməyin ən rəngli formasıdır bəlkə də. uşağlıqda belə deyildim, sonradan nəsə oldu mənə. şəkillərimi sevənlər də yəqin mənimlə həmfikir olarlar. fürsətdən istifadə edib onlara salamalarımı çatdırmaq istəyirəm. sevirəm sizləri. aha, qayıdağ ağla qaraya, bu iki rəng tam olaraq bir-birlərinin əsləridi, amma, iki sevgili kimi görürəm onları. çalarlarda fikir versəz onların rəqsinə şahid olarsız. müxtəlif musiqi janrları ilə elə şəkillərin janrlarında oxşarlıq bundadır. hər bir kölgəlik, musiqiçinin və ya eyni zamanda rəssamın gizləndiyi bəmlərdir məsələn. incəsənət buna görə indiyə görə sağdı. kim fikir verir ki, ona indi?! çox az adam indi onun dəyərini bilir. yox bu auksiyonlara görə deyil. auksiyonlarda satılan şəkillərin 90%`ni dəbçün alır indiki insanlar. nəisə söhbəti korlamıyım. hə dediyim ki, ağla qaranın sevgisi məni feyziyab edir. ona görə onları heçnəyə dəyişmərəm. digər rənglər qısqancdı həm də. sevimlilərim ağ qara isə yox.
kistlər diqqətinizi çəkdi deyəsən. şəkillərimdə bunlardan istifadə edirəm. bunlar mağazalarda satılan ən ucuz kistlər olmasına, rəsm təcrübəsində demək olar ki, heç kim tərəfindən istifadə olunmamasına baxmayaraq, çox rahatdılar, nazik çəkirlər məncə. kətan isə normal kətandır, məncə çəkilən müstəvinin heç bir önəmi yoxdur. əsasən də sevimlilərim üçün."
- salam
- qorxdum ee
- nə edirsən? yenə məşq? bəsdir sən allah. heç kimə marağlı deyil şəkillərin.
- yox bu dəfə məncə marağlanacağlar.
- həə. marağlanacağlar, bu saat..
"mən də şad oldum sizinlə söhbət etməyə. çox sağolun."
PS, hər bir insan digər insanın diqqətində olmağını istəyir. sosial varlıq olmağın nəticəsidir bu bəlkə də. kimi buna asanlıqla nail olur, kimi hələ də nail olmağ istəyir, kimi isə bezir çəkilir bir otağa və öz xəyallarında yaşayır. amma, inanın ki, yenə də bu barədə fikirləşir və fikirləşir..
19:47
12.03.2011
2.25.2011
sadə
Evimizə yağış yağır.
Buz bağlayıb hər yerimiz
Sınıq salxaq bir otaqda
Hədər gedib günlərimiz
Işıq varmı?
Küçələri min bir rəngə boyasaq da
Boz rəngdədi otağımız
Vitrinlərdən bizə baxan manikendi hisslərimiz
Toz bağlayıb silən yoxdu
Artıq ona baxıb gulən yoxdu
Amma yenə də çılpaqdı
Demə ki, biz balacaydıq.
Elə adam tanımıram
Vitrindeki o çilpağa baxıb rişxənd eləməsin.
Rəngli şəhərin qanunudur.
Baxımsız, amma, ondan gözəlləri
Hər görəndə lağa qoyur.
İçden içə paxıllayir
Köks oturub sızıldaylr..
Onun xəbəri yoxdu içindəki gözəllikdən
Bir gün üzə çıxacaq o.
Yüz illiyin qəhqəsi təsir etməz heç həmin gün
Bəlkə o vaxt qeybə çıxar.
Xəbər olmaz bir də ondan.
bilməy də olmaz bu da ondan
bax insan oğlu, çox bəsitdi
işi-gücü, ruhu, özü
fikirləşmək və etməkdi
nəsə düz, hərdənsə səhv
əsas etdiyin öyrənməkdir.
həyat belə qurulub
hər addım - önə getməkdir.
sevinc, kədər və s.`lər
burda sadəcə köməkdir.
bax damlayır son damlalar,
ötən payız dünənindən
tökdüyü yarpağlardır,
bu gün tutub əllərindən
demirəm mən atıl - yorul.
qaç çəmənlik güllərindən
sadəcə hərdən, bax arxaya
vidalaş kədərli günlərindən
Buz bağlayıb hər yerimiz
Sınıq salxaq bir otaqda
Hədər gedib günlərimiz
Işıq varmı?
Küçələri min bir rəngə boyasaq da
Boz rəngdədi otağımız
Vitrinlərdən bizə baxan manikendi hisslərimiz
Toz bağlayıb silən yoxdu
Artıq ona baxıb gulən yoxdu
Amma yenə də çılpaqdı
Demə ki, biz balacaydıq.
Elə adam tanımıram
Vitrindeki o çilpağa baxıb rişxənd eləməsin.
Rəngli şəhərin qanunudur.
Baxımsız, amma, ondan gözəlləri
Hər görəndə lağa qoyur.
İçden içə paxıllayir
Köks oturub sızıldaylr..
Onun xəbəri yoxdu içindəki gözəllikdən
Bir gün üzə çıxacaq o.
Yüz illiyin qəhqəsi təsir etməz heç həmin gün
Bəlkə o vaxt qeybə çıxar.
Xəbər olmaz bir də ondan.
bilməy də olmaz bu da ondan
bax insan oğlu, çox bəsitdi
işi-gücü, ruhu, özü
fikirləşmək və etməkdi
nəsə düz, hərdənsə səhv
əsas etdiyin öyrənməkdir.
həyat belə qurulub
hər addım - önə getməkdir.
sevinc, kədər və s.`lər
burda sadəcə köməkdir.
bax damlayır son damlalar,
ötən payız dünənindən
tökdüyü yarpağlardır,
bu gün tutub əllərindən
demirəm mən atıl - yorul.
qaç çəmənlik güllərindən
sadəcə hərdən, bax arxaya
vidalaş kədərli günlərindən
by Belatriks (Feride M`Zone), Rafit Monea
22:48
25.02.2011
2.20.2011
ağzıma gələnlər - allah bilir neçənci ((:
açdığım bəlkə də 200`cü untitled
yorulmuram bunu etməkdən gələndə həvəs
oxuyursan oxu oxumursansa ged
bunu eşitməkçün lazımdımı bura keçmək
lazım oldu yazıram, istədiyimi hətta
kiminsə zövqünə oynamıram klavlarla
özgəsi deyilsən deyim sənə biraz
istədiyini elə, gözlərdə istəsən qırağ
heç kimnən, heçvaxt qorxmuram brat
onların həyatı uzağı ayağımın altı,
deyiləm koroğlu yoxdu atım qırat
heç lazım deyil silahım qələmdə qaldı.
"ver gülü!" yox, vergülü yazaraq keçəcəm növbəti
gəlməyi, getməyi var bunları bilməli,
harasa qeyd etməli,
hazır text`di bura yazıram sora silməli,
yox elə beləcə təqdim etməli
bunu bilənlər güləcək, qısqanan çevirəcək,
sənsən mənim uğurum deyəcəm sənə..
deyəcəm sənə, bu dəfə mən güləcəm sənə ((:
22:05
20.02.2011
2.18.2011
sizdən
kimin həyatı əlimdə oyuncağdı
kimin əlində həyatım oyuncağdı
əsas odu yaşadığımı, istəyim və doyuncadı
yaddaşım hər hansı bir dərd mənimdi
müəllif hüququları, made by rafii
qarışma yazılarıma,
qarışmıyın siz mənə
qarışma dərdlərimə,
sizin kimi bir dəliyəm mən də,
nə baxırsız qəribə, nə baxırsız,
nə anlıyırsız? mənim sifətimə
iyrənc və murdar cizgilərdən
sizdən gizlətmirəm, gizlətmirəm.
hətta içimdəki qəfəs deyil bu, tordan
azadlıq dediyimi, hər nədisə cırıram,
çıxıram, hər tərəf əl-əlvan
bu deyil, bu deyil nağıllardakı
hər hansı bir qələbə, günəş yada ki,
bu sadəcə iç dünyamdı çölümə yayılıb.
əlbəttə sizsiz bir günüm olmasın yanımdasız
bezməmişəm sizdən öyrəşmişəm ağlımdasız
bəlkə də sizsiz sevgim, camaatın dediyləri boş
və mənasız, marağsız söhbətlərdi, nədi?
gücüm artığ tükənib, əzələ liflərim verdiyi refleksdi.
ya bir qurtum su, ya da sevgi verin mənə
içki verin mənə, dəm olmağçun dərd verin mənə
dərdlərdə boğulmamağçun səbr verin mənə
PS, bezmişəm sizdən, sizdən və sizdən..
22:33
18.02.2011
2.17.2011
Arsa - Barça
Saat 00:39 və Arsenal - Barselona oyunun taymautundayığ. super təsüratla deyə bilərəm ki, baxdığım ən marağlı oyunlardan biridir. Barseloan oyunundan zəhləsi gedənlərin əsl futbol dərsi ola biləcək bir oyun. indi mən bilmirəm hesab neçə olacağ. ona görə oyuna tam baxıb yazacam. bütün aydınlığı ilə. qolu Villa vurub, Messinin pası ilə. birazdan gələcəm.
Saat 01:34 düzdü elə də xoşa gələn hall olmadı. Arsenal iki qolu vurmağı bacardı. və hesab 2 -1 oldu. mən isə başqa şeyə görə heyifislənirəm. Pikenin sarı vərəqə alıb növbəti oyun şansını itirməsinə. belə ki, Puyol da zədəsini düzəldə bilməsə Kamp Nouda əməlli başlı çətinliyə düşmüş olacağ. inaşallh düzələrə hər şey.
amma belə, pis hesab deyil 2 - 1.
PS, gələn oyun..
Saat 01:34 düzdü elə də xoşa gələn hall olmadı. Arsenal iki qolu vurmağı bacardı. və hesab 2 -1 oldu. mən isə başqa şeyə görə heyifislənirəm. Pikenin sarı vərəqə alıb növbəti oyun şansını itirməsinə. belə ki, Puyol da zədəsini düzəldə bilməsə Kamp Nouda əməlli başlı çətinliyə düşmüş olacağ. inaşallh düzələrə hər şey.
amma belə, pis hesab deyil 2 - 1.
PS, gələn oyun..
Subscribe to:
Posts (Atom)




