7.23.2010

adamsan? (nəzirə)


Əvvəla “insan” sözü ilə “adam” söz arasındakı fərqə baxaq. Hər bir 2 əlli, 2 ayaqlı, 2 gözü, burnu, ağızı şüurlu dərrakəli olan canlı, insan adlanır. Buna biraz keçmişə qayıtsaq qədim insan növlərinə daxil olanlardan tutmuş, indiki homo sapiens cinsinə kimi olanlar aiddir. Adam termini isə sonradan yaranmışdır ki, bu özünü idarə edə bilən, çox şeyləri təkcə dərk etmək yox, icra etmək, idarə etmək deyilən keyfiyyətlərə sahib olan insanları özündə cəmləşdirir. “İnsan” etapı - hər bir insan doğulanda bu ada sahib olur. Lakin, sonrakı həyatı boyu özünü təkmilləşdirmək və düzgün həyat seçmək və s. kimi dünya baxışını artırma zamanı özü də bilmədən həyatda çox önəmli bir addım atır. Adam olur. Bu əslində çox gülməlidir. Olması olan şeylərdir deyə cavablanarkən, dünyada yaşayan və həyat sürən insanlara baxdıqda tamam fərqli fikirlərlə qarşılaşırıq.
İnsanlar doğulduqda valideynlərin kaprizlərinin qurbanı olurlar. Edilən və ediləcək qanunların qarşısında aciz olduqlarını anlayırlar. Böyüyürlər əslində azalması olan bu tip vəziyyətlərin əslində düz mütənasib olaraq artmasının şahidi olurlar. Məktəbdə “5 almalısan”`dan tutmuş, ”belə demə Allah baba səni cəzalandırar”`a kimi. Uşaqda öz fikir deyilən şeyin formalaşma ehtimalı çox azdı bu şəraitdə. Lakin, böyüdükcə fərqli insanlar tanıması və fərqli psixologiyalar görməsi nisbətən qığılcımların yaranmasına çıxarır. Bəzən elə insanlar öz ilk yalanını evdəkilərə deyir. Çünkü qorxu hissinin yaranması üçün şərait var. Yalanı öyrənir. Sonradan bunu inkişaf etdirərək bəzi yerlərdə fərqli psixologiya göstərmə və ya buna başşqa dillə desək başqa üz göstəmə, maskalanma və s. kimi xüsusiyyətlər dəelə bu kiçik yalan qığılcımından başlayır. Çox vaxt bu insanlara inam və güvənmək kimi xüsusiyyətlərə də ös təsirini bildirir. Beləliklə bir birinə yalan danışan və bir birlərinə güvənməyən mənasız cəmiyyət formalaşır. Onlar bir-birlərinə öz saxta düşüncələrini ötürür. Yalanlar içində batmış Allahlarını dərk edir. Heç tarixi belə məlum olmayan, öz keçmiş nəsil nümayəndələrinin çürüntüləri ilə “zəngin” torpaqlarının uğrunda axan günahsız qanların axmasını qürur mənbəyi kimi fəxr tablosunda əks etdirirlər. Həyatı bir hədiyyə, konstitusiyanı bir qanun, dini bir məcburiyyət sayan insanların və s. kimi yanaşmaları həyatı məncə çox sadələşdirir. Bu cəmiyyət insanlardan ibarətdir. İNSANLARDAN. Bu cəmiyyətdən ən yaxşı baş çıxaran ən yaxşı aktyor, ən yaxşı oyunun qaydalarına bələd olan insan olur. Və çox vaxt o insanlar da “öndəgedənlər” olur. Bu tip aurada yaşamaq istəyənlər də olur, çəkilib qırağda normal həyat sürmək istəyənlər də. Məhz bu insanlar elə çox vaxt əlavə olaraq kitab oxumağa, dəyərli informasiyalar toplamağa vaxt tapırlar. Yaradıcılıqla məşğul olub həyatda nəyəsə nail olurlar. Bəzən cəmiyyətə qarşı mübarizə aparırlar. Onların üzlərinə tüpürüb mənasız həyatlarına gülürlər... Məncə isə hamı özünü fikirləşməlidir. Kiçik dünyasını zənginləşdirməli. Nəfsiylə mübarizə aparmalı və özünü bu çirkinlikdən xilas etməlidir. Ancaq onda nəyəsə nail ola bilər. Yalnız özünü sevməlidirlər.
Bu yolda bütün insanlara uğurlar...

P.S yazını bamby`nin ”13 mizontropik fikir” yazısından ruhlanıb, nəzirə kimi yazmşam. ((:

23.07.10