7.05.2010

bir gün adam kimi yaşamaq istəyirəm.


bir gün adam kimi yaşamaq istəyirəm.
sadəcə nəfəs alıb verdiyim təmiz havada
uçuşan göyərçinləri sakitcə seyr edərəm


onlar kimi səs çıxarmaq istəyirəm.
ağlayan adamlardan çox gülən adamları özümə dost edərəm
gülməyi öyrənib, ağlayanlarla gülərəm
özümə kiçik bir qayığ düzəldib sahilə çataram.
sahilidən dənizə tullanıb suda uçaram
suyu içib yeməkdən yeyib biraz uzanıb dincimi alaram
sağollaşıb yataram, yuxu görərəm,
o gördüym quşları boyunlarını üzdüyümü görərəm
kabusdan oyanıb qaranlığda qaçmağa başlıyaram
hər gələn adama salam yox əlvida demək istəyirəm
ölən quşları sahildə görən kimi ağlamaq istəyərəm
ölmək yox onlar üçün həyatda əvəzinə yaşayaram
yaşayıbda göylərə uçmaqçun qanadlarımı istəyərəm
Azadlığın nə olduğunu sərhəddə anlıyaram
sərhədi keçərkən onu mən boş sayaram
aldanaram qanadların şirin yalanlarına
aldanaram uçan durna qatarına
bir özümə baxıb utaram yaşadığım həyatdan
axı adam olmağ istərdim etdiyim əməl hardan?

by Rafit
(05.07.10)