7.04.2010

sən - mənim həyatım



Cəmi 4 dəfə onu görmüşəm, bu azdı, amma, ondan başqa heçkimi fikirləşə bilmirəm. O sanki həyatda məni tamamlayan, onsuz yaşaya bilməyəcəyimi öyrədən bir möcüzədir.
Ona olan bağlılığımı, anlaya bilmirəm. Məni baxışlarının dərinliyindəki, o xoş xatirlərrimə çəkir. Məni aldadan hisslərdən qorxuram, amma, onunla danışanda aldatmadığını anlayıram. Sahildə qum dənəciklərindən ucalan mayakın işığı artığ gözümü qamaşdırmaq əvəzinə bu ürəyimi isitməyə başladı. O ürəyiki illərin yolunda indiyənə kimi onun buzunu əridəcək möcüzəni gözləyirdi. Sadəcə heç unmadığı anda peyda oldu. Bu dövrün tez keçməsindən qorxur. Ona görə təşəkkür etmək üçün tələsmir. Onu anlamıram. Bir başa olaraq demir hər şeyi hiss etməyə buraxır. Hiss etməyə hiss etdim. Daxilimdə məni qəribə dünyalara açılan pəncərəni görməyə vadar edən o şüanı da gördüm. Sevdim o şüanı. Sonra bildim ki o şüa özü elə sevgi imiş. Bu sözü dilimə alanda artığ həyəcan keçirdirəm. Əllərimin əsməyini hiss edirəm. Və bu mənə dəlicəsinə ləzzət eliyir.


Sevən insan dünyaya yenidən göz açırmış,
Yenidən doğulurmuş deyirdilər, deyirdilər. Gülərdim, mən gülərdim.
İndi öz başıma gəlib, özümə gülürəm, özümdən gileylənirəm
Onnan başqa düşünmədən, özümü heç sayıram.
Zəyif, güclü sözləri dilimdən itib artığ anlamıram,
Təsəvvür belə etmədən yaşaya bilmirəm həyatı.
Onsuz bu o ömür bitər. Bu ürəy solar gedər,
Ömrün cavan yaşında, çətin ki qocalar qədər.
Boşluğda dövr edən insan idim yadında?..
İndi başım üstə dövr edən ləçəyləri görəndə,
Ləçəy kimi dövr etdiyimi anladım mən həyatda.
Rəngbərəng, al əlvan bir-birini tanımadan cənnəti xatırladırlar,
Cənnətdəki bülbüllərin səsini xatırladırlar,
Oranın gözəl olan səmasını, ətrini, o gözəl ətrini.
Bax indi mən anladım, həyata gözəlliy qatan,
Məhz bu hissmiş, bu alovdan ayıran bu yerlərmiş,
Bütün arzuları özündə saxlayan, qoruyan bu yerlərmiş.
Çətin dövran başladı, həyəcan tarımdadı,
Artığ etiraf-səyahət haçansa başlamalıdı.
Qorxuram itər gedər, o gözləri ağlımdadı.
Hər dəfə xatırladar məni özümə yadımdadı.
Deyəcəyi sözdən asılı olmadan belə, mənimlə danışmağı,
Məni artığ xoş edir, qanadlanıb göylərdə uçan bir quş edir.
Günəşin şüasından yaxınlaşan mələklər məni artığ qısqanır,
Bu ağ qanadları görüb onlara qarğış edir.
Olmaz. Mələylərin qarğışı çox zəyif, işə yaramaz.
Hələ uçur bizim dəli quş, çəkinmədən, qorxmadan,
Buludların səthini dəlib keçir durmadan...