7.23.2010

Sənsiz (ithaf)


Səni dəniz ayırır məndən,
Sakit, bir söz belə demədən.
Uzaqlarda qucaqlayır,
Səs gəlmir bu ləpələrdən.
Bəlkə gizlədib ağuşunda,
Xəbərsizəm bunu bilmirəm.
Bəlkə axtarım səni elə həmin uzaqlarda
Sən istəməzsən bunu da
Son görüşdə bildirmişdin:
“Artıq istəmirəm səni,
Gözümə bir də görsənmə!
Uzaqlaş məndən sevgilim,
Artıq sevmirəm səni.”
Bəlkə indi peşmansan,
Dənizdən bezib qaçsan.
Harda olsan görüb səni,
Tapıb, qucaqlardım ürəyimi.
Parlardı buludlar günəşdən nur,
Günəşdən parlaq.
Parlardı çiçəklərin o zərif ləçəkləri,
Amma, yoxsan! Ondan,
Görsənmir o ləçəklərin parıltılı o səsi.
Görsənmir buludlar da,
Qara-qara yerlərində...
Küləy burdan tufan burdan bağışlamırlar məni,
O narın saçların, gözəl ətrin, incəliyin.
Artıq bəsdir!! Sən day yoxsan,
Həyatımda başqa səhifə açım gərək.
Sənli olan səhifəni xatirə saxlıyım gərək,
İl keçdikcə xatırlayıb yada salaram.
Gərək çıxmasın yadımnan,
İlk sevgi əsərimin qara və ağ notları.
İndi də sevirəm səni, sevəcəm də ömür boyu,
Gözləyəcəm. Çıxsan qarşıma bir də,
Səninlə paylaşaram bu yolu, çətin əzab dolu
Bu həyat yolunu...

23.07.10