7.30.2010

QaraQan - Həyatım əllərimdə



Hər ömürdə bir kitab var,
Hər kitabda bir əsər var,
Hər əsərdə bir nağıl,
Hər nağılda bir kədər var,
Hər kədərdə bir xeyir var,
Hər xeyirdə bir ziyan,
Hər ziyanda bir zülmət,
Hər zülmətdə bir səhər var,
Hər səhərdə bir ümid var,
Hər ümiddə bir inam var,
Hər inamda bir şübhə,
Hər şübhədə bir yalan var,
Hər yalanda bir həqiqət,
Həqiqətdə bir ədalət,
Ədalətdə min cinayət,
Cinayətdə pis zaman var,
Hər zaman doludu dərslə,
Dərs sonunda imtahandı,
Hər imtahan bir döyüş,
Hər döyüş bir intiqamdı,
İntiqamlar namus üstə,
Namus indi kağız üstə,
Hər kağızda bir sətir,
Hər sətirdə bir ümman var,
Hər ümmanda göz yaşı var,
Göz yaşı doludu qəmlə,
Qəm gətirən sevgilərdi,
Sevgilərdə xəyanət var,
Hər xəyanət ürəyə bağlı,
Ürək arzu diləyə bağlı,
Diləyi gətirən bir qərar,
Qərarlarda cəsarət var,
Hər cəsarət qəhrəmanlıq,
Qəhrəmanlar olur tarix,
Hər tarix yazılı qanla,
Hər qanda bir üsyan var,
Hər üsyan etirazdı,
Etiraz bu gün günahdı,
Günahlarla doludu insan,
Hər insanda bir şeytan var...