12.30.2009

Bundan da pisi ola biler...



Oxuyun çox xoşunaza gələcəy...

P.S yazı şəkildə olduğuna görə şəkili yaxınlaşdırın..! =D

12.24.2009

We`r U?



Sən hardasan..?

Sen... (Skit Verse)



Məndən nə istiyirsən, əl çək.?!
Məni sevən, sevginin nə olduğunu bilməlidir..!
Məni öldürmək istəyən, ölümün nə olduğunu bilməlidir..!
Sənsə nə sevmisən, nə ölmüsən...

12.08.2009

Son Yarpaq...



Payızın ortalarıdı. Artığ az da olsa məni darıxmağı unutduran son sərçə dəstəsi də uçub getmişdi. Heç onlarla vidalaşa da bilmədim. Düzdü onlar məni bir az incidirdilər amma onları çox sevirəm. Ən çox sevdiyim isə mənim Günəşimdi. Mən onun vurğunuyam. Hər günonunla görüşür müxtəlif oyunlar oynayıram. Öz şüaları ilə məni qucaqlayır. Eeeh sevirəm də həyatı. Çox həyif ki, axşam olanda sevgilim günəş gütməli olur. Əvəzinə isə Ay çıxır. Qəribə ahəngdi. İsti günəş batır, quru soyuğ Ay çıxır. Amma onun da bəzi xasiyyətləri xoşuma gəlir. Hələ o üfüqdən çıxanda... Hər tərəf ağ rəngə boyanmağ istəyir.
Bax qabağda qış gəlir. Adı belə soyuğdu. Budağlarım titrədi. Təsəvvür eliyirsən budağlarım qarla dolacağ. Amma cəmi 3 ay çəkdiyinə görə bir təhər dözə bilərəm. Bircə fikirləşdiyim nədi? Bu son yarpaq. Hələ balacadı düzdü. Amma indiyə çoxdan düşməli idi. Məni tək qoymağ istəmir yəqin=)...
Bircə bu soyuğ vaxtlar qurtarsaydı... Səni çox yormuyum. Sənə öz həyatımdan bir hissə danışdım. Dinlədiyinə görə çox sağol...

by Rafit
06.12.09

12.05.2009

Afrika

Dünya səni qaşıqlayardım...Afrikanı birinci, sora o birilər...axırda desertə Antarktida...=)

11.29.2009

LoM...


Sən şəkilsən. Divarda çəkiblər səni. İstəsələr başıaşağı, istəsələr əyri, istəsələr heç çəkməzlər...
Rənglərini özləri seçir, fonu, işığı.. hər şeyi..
Sən sadəcə çəkilən hər-hansı bir cisimsən...
Qısacası həyatda yerin yoxduuu...
Amma sən qışqıra bilirsən, etiraz edə bilirsən...
Nə dayanmısan..? Hərəkətə keççç!!!!
by Rafit
29.11.09

11.25.2009

Sona Doğru (amir vs Rafit)




Zaman səni yola verir.
Sənin günah və ya savab əməl eləməyin ona maraqsızdı.
Yaxşı və ya pis insan olmağın da.
Müharibələr və orda qırılan milyonlarla günahsız insanlar da.
Parkdakı sevgililər, onlara yaxınlaşıb gül satan körpələr də.
Ən son model avtomobil alıb "dost"larının yanında özünü öyən oğlanlar da.
Adamın əsəblərini gəmirən,super kley kimi yapışıb,pul almıyana qədər əl çəkməyən azyaşlı dilənçilər də.
Sinifin "çumo"ları və "qoçaq"ları da.
Qulaqcıqla dayanacağda dayanıb heç kəsi vecinə almayan oğlan da.
Mini yubka geyinib hər  dəyqə yubkasını aşaqı dartan "utancaq" qiz da.
Ona baxıb ağzının seliyini köynəyinin üstünə axıdan oğlan da.
Masturbasiyani kişiliyə namizəd,faişə ilə yatmağı kişilik hesab edən oglanlar da.
Öz-özünə danışan qocalar da
Pornoya baxan körpələrdə,və ya pornoda iştirak edən körpələr də.

Sənə hər keçəndə salam verən Əhməd də.
Uzağlaşandan sonar qeybət qılan Zakir də.
Saqqalını uzadıb cənnətə qalxan “ağıllılar” da,
Niyə yaşadığını da bilməyən dahilər də.
Kinoda oğurluğun necə də pis olduğunu dərk edən uşaqlar da.
İlk oğurluğunu indicə edən uşağlar da.
Damarına doldurduğu həzzi hiss edən axmağ da.
Etdiyi əməli dərk etsə də yenidən təkrarlayan sarsağ da.
Əlində çanta özünü “məhv” edən kukla da.
Gecə-gündüz yatmadan adını qızıl hərflərlə tarixə yazan alim də
Manyak da, Ölü də, Ac da, Tox da.

Mənim indi yazdıqlarım da.
Sənin bu yazını oxumağın da.
Geridə qoyduğu hər an da.
Ona hər kəs və hər şey maraqsızdı.
Amma onu günahlandırmaq olmaz.
O sadəcə öz misiyasını yerinə yetirir.
O sadəcə tələsir, sona doğru tələsir.
O SADƏCƏ BELƏ YARADILDI...
 by amir & Rafit
18.11.09

11.20.2009

axı dünya fırlanır...



Salam. Dünya sən niyə fırlanırsan?
VAllah lazım deyil.
Qoy səhər açılmasın. Gün batmasın. İnsanlar vaxtı bilməsin.
Səni də başa düşürəm fırlanmalısan. Əgər öz oxun ətrafında fırlanmasan günəş səni özünə çəkər. Məhv olarsan.=)
Amma gör özünü qurban verib neçə-neçə insanların axırına çıxa bilərsən.
Sən də insan kimisən sənin də axırın gələcək. gör neçə milyard il yaşamısan e...
Sənin də axırın gələcəy o gün...

İntihar elə dayan!!!
belə varlıqları üstündə gəzdirməydənsə...

Özün bilərsən. Mənnən sənə məsləhət...
Nəisə mən getdim yatmağa sağol... =)))

by Rafit
19.11.09

11.17.2009

Müəllim(plus)...


Müəllim…

Ey “hörmətli” müəllim,
Hər ciblərdə gözün var.
Hər kənddə, hər şəhərdə
Sənin söyənlərin var.

Aldığın rüşvətlərin
Gülü çiçəyi solmaz.
Dünyada sənin kimi
Varlı şalban tapılmaz.

Səni sevir hər şagird.
Fond pulu istəməsən.
Süpürgə və təmizliyi,
Cibinnən ödəməsən.

Keçdiyin bu dərslərin,
Heç marağı da “çoxdu”.
Arxada yatan uşağın
Sənə sualı yoxdur.

Nəisə bla bla bla.
Məllimlik zirvəzini məhv edən insanlar var təsüf ki. Belə insanlar elə çürüy cəmiyyətin yaranmasının əsas vasitəçiləridir...

remaked by Rafit
11.11.09

11.10.2009

Narkamanla müsahibə...



- Ilk dəfə narkotik maddənin hansı növündən və nə vaxt istifadə etmisiz?
- İlk dəfə 8`ci sinifdə xaş-xaşla başlamışam. Öz aramızda “ot” deyirik. Dərsə getmirdim, avara uşaqlara qoşulub çəkirdik. Eehh yenə o günlər düşdü yadıma.
- Narkotik maddədən ilk istifadə sizə necə təsir etmişdi?
- Pis təsir etsəydi 29 yaşıma qədər istifadə etməzdim.
- Narkotik ahudəçiliyin sonunun erkən ölüm olduğunu hər halda bilirsiz...
- Mən öləcəm, ancaq narkotikdən yox. Çünki həddən artıq və iynədən istifadə etmirəm. Sadəcə, həyatın gözəlliklərini dərk etmək üçün xaş-xaşdan istifadə edirəm.
- Ailə quranda həyat yoldaşınız narkaman olduğunuzu bilirdi?
- Əlbəttə yox. Sonradan öyrəndi. Ancaq mən nəşəli olanda problem çıxartmadığım üçün heç bir söz demədi.
- Narkotik maddə sizə nə verir?
- Özümü xoşbəxt insan hesab edirəm. Arzuladığım, ancaq heç vaxt gerçək olmayan fikirlər, idealar gəlir ağlıma.
- Maraqlıdır, nə fikirdi o elə?
- Xəyallar qururam. Təsəvvür edirəm ki, “Neftçi” “Barcelonaya” 5-0 qalib gəlir.
- İçki də içirsiz?
- Yox əsla.
- Niyə?
- Çünki içki haramdır. Qurani-Kərimdə yazılıb ki, spirtli içkilər haramdır.
- Bəs narkotik haram deyil?
- Yox. Quranda narkotik haramdır yazılmayıb.
- Qurana inanırsan. Bəs cənnət-cəhənnəmə necə?
- Mən indi cənnətdəyəm. Mənim cənnətim narkotikdir.
- Narkaman adı sizə pis təsir etmir?
- Mənə narkaman deməyin xahiş edirəm. Mən narkaman deyiləm, sadəcə, həyatdan zövq alıram.
- Gündə neçə dəfə istifadə edirsiniz?
- 5-6 dəfə
- Çox deyil? Axı, bu, həyat üçün təhlükəlidir.
- Ot nə vaxtdan adam öldürür? Heç nə olmaz. Zövq almaq lazımdır.
- Narkamanlığa görə kimsə sizi alçaldıb?
- Məni kim alçalda bilər? Otdan istifadə edəndə dünya ayağımın altında olur, nəinki insanlar.
- Nə vaxtsa bu vərdişi buraxmaq fikriniz var?
- İstəsəm sabah ataram.
- Axı narkotiki buraxmaq çətin olur.
- Güclü iradəsi olan buraxa bilər...
Mənbə: Yeni Müsavat qəzeti

11.07.2009

Özüvü dəyiş...

Mən yaşıyıram. Ey camaat məni eşidirsiz? Mən yaşıyıram. Mən nəfəs alıram. Siz məni tanıyırsız? Məni tanıyırsız? Eh... Hardan tanıyasız e..?
Nəisə
Bilin də yəni mən yaşıyıram. Sizin kimi nəfəs alıram. Amma haçansa öləcəm, helə sizin kimi. Öləcəm...

Ölənnən sora mənim ruhum yuxarı uçacağ.Helə sizin ruhunuz kimi. Yuxarıda 2 dənə yər var. Məkan var. Cənnət, cəhənnəm.
Mən cənnəti istiyirəm. Sizin kimi. Hələ elə bir adam da qarşıma çıxmıyıb ki, desin ki mən cənnətə istəmirəm.
Amma əməldə "heç kim" doğurdan da istəmir...
Bəs körpüdən keçəndə hansı üznən cənnət istiyəcəylər. Mən deyirəm qismətdi amma, sükan hamının özündədi.
Qorxuram cəhənnəmdən. Birdən deyirəm ora düşdüm. Orda mənə zülüm edəcəylər. Cəhənnəm zülmünü. Sonra da fikirləşirəm ki, əgər ora düşmüşəmsə deməli oranı özüm haqq etmişəm. Öz əməllərimlə qazanmışam.
O mənim kimi olan insanlar da, elə mənim kimi etsələr, onlar da ora gedəcəylər. Çünkü onlarda mənim kimidirlər. Belə baxanda pis yaşamağa nə var? Yenə qayıddığ pis yaxşı məsələsinə. Düzəlin də.
Pis əməldən uzaqlaşmaq, özü yaxşı əmələ yaxınlaşmaq kimidir...

P.S Özüvü dəyiş! Bəsdir day, Allahına sığın! Qiyamətə az qalıb. Sonuna az qalıb...
by Rafit
07.11.09

Kukla 2...

Səni əllərimlə boğaram. O jelelənmiş saçlarını yolaram. Sora hamısın kəsərəm bir-bir. Əynindəki pencəyi qayçıynan kəsərəm. Şalvarınnan şortik düzəldərəm. Qalstukuvu sıxaram boğazıva. Açkivi ayağımın altında sındıraram. Ayaqqabının üzərinə qırmızı rəngdə kraska tökərəm bəlkə sifətivin rəngiynən uyğunlaşar. Dua et ki, oyuncağsan. Mənim kuklamsan...

Haha...

by Rafit

04.11.09

11.04.2009

Kukla...

Gəl bura! Saçlarını darıyım. Paltarını düzəldim. Yox bu pisdi sənə, ağ köynək,qara pencək almışam. Daha səliqəli, daha şux. Sənə təzə ayaqqabı almışam. Bax gör necə parıldayır? Səliqəli. Bu partfeli də götür əlinə, sənədləri qoymaq üçün. Dayan! Bu qalstuku da tax! Əla. Sıxsa biraz boşaldarsan!
by Rafit
04.11.09

11.03.2009

Ot yeyən şir...

Gənc şir qəfəsdə, dəmir barmaqlıqlar arxasında, əsəbi və sürətli addımlarla gedib gəlirdi. Nədənsə bu gün onun ürəyi sıxılırdı. Bu qəfəsə bağlanılan bəri günəş bir neçə dəfə doğub, batmışdı. Təqribən bir ay idi ki, burd idi. Meşədə gəzintiyə çıxdığı ovçular tutub bu zooparka salmışdılar. O zaman boyu iri pişik boyda idi. Zamanla gücləndi. Qəfəsi dar deyild, amma, burada yaşamaq istəmirdi. Azad olmaq, adını belə unutmağbaşladığı, xəyalı gözlərinin önünnən getməyən meşəyə qovuşmağ, həyatını özü idarə etmək istəyirdi. İnsanlar akın akın geliİnsanlar axın-axın gəlirlər, qəfəsin önündə durub dəqiqələrlə, heyralığ dolu baxışlarla onu seyr edirdilər.


O axşamüstü ziyarətçilərin azaldığı zamanda baxıcı qəfəsi təmizləyib, yudu. Axşam yeməyi olaraq yarım qoyunu qəfəsin içinə buraxdı. Qapını bağladı, getdi. Baxıcısı qapını kilitləyib gedərkən, gənc şirin beynində bir ildırım çaxdı. O, açarın qıfıla daxil olarkən və çevrilərkən eşitdiyi səsə öyrəşmişdi, amma, bu dəfə o səs gəlmədi. Olduqca həssas qulaqları onu aldatmırdısa, qapı yaxşı bağlanmamışdı. Qəfəsə buraxılan əti yediydən sonra, yenə camaat artmaöa başladıİnsanlar axşam yeməyini yeyiblər, əylənmək, dinlənməy üçün parklara, baxçalara gəlirdilər. Gənc şirin ürəyi çox sıxılmışdı. O, camaat gedəndən sonra qəfəsi açıb getməyi fikirləşmişdi.

Hava qaralmışdı, Yəqin ki vaxt gecə yarısını keçmişdi. Ətrafda heç kim yox idi. Gənc şir pəncələri ilə qapını bərk itələdi. Tam olaraq bağlanmamış qapı açıldı. Qəfəsdən sürətlə bayıra çıxdı. Sağ tərəfə keçdi. Və yol ilə getdi. Qəfəsdə gedib gəlmək çöldə gəzməyə bənzəmirdi. Olduqca yorulmuşdu.Durub istirahət etdikdən sonra zooparkın divarından tullandı. Meşəyə doğru qaçarkən qaranlıqda yox oldu.

Gənc şir dağlar, təpələr aşdı, soyuq sulardan içdi. Üç gün üç gecə sonra, səhər günəş çxarkən, daha çox balacaikən tutulduğu bir meşə var idi. Artıq azad idi, özü-özünə sıömördıSevincli-sevincli gedərkən qarnının ac olduğunu hiss etdi. Qaçandan bəri, həyəcandan heçnə yeməmişdi. Sadəcə su içmişdi. Qəfəsdə səhər axşam baxıcı ət gətirirdi. Ovçular tutmamışdan əvvəl anası yedizdirirdi. Amma bu ucsuz bucağsız meşədə yaşamaq tamam fərqli idi. İndi nə anası var idi, nə də baxıcısı. Qəfəsdən qçmamışdan əvvəl düşünmədiyi bir şey var idi: Nə ilə qarnımı doyuzduracam?

Bel düşünüb gedərkən qabağda, otların arasında maral gördü. Maral ara sıra ətrafa baxır sonrada ot yeməyə başlıyırdı. Bir maral qaçmağa başladı. Eyni anda yan tərəfdəki otluqdan iki şir çıxmağa başladı. Bir az sonra maralın önünə iki şir daha çıxdı və maralı 4 tərəfdən əhatə etdilər. Bəllidir ki, şirlər maralı tutmaq istəyirdilr. Ən yaxşı müdafiyə hücumdur. Cəsur maral son şans olaraq qabağa qaçdı. Özünə ən yaxın olan şirə bir buynuz atdı. Şir qanlar içində yerə yıxıldı. Qabağındakı ikinci şirə də vurmağ istədi amma dəymədi. Arxadakı şirlərdə yaxınlaşmışdı. Maral nə qədər qüvvətli olursa olsun, üç dənə şir ilə mübarizə aparması mümkün deyildi. Şirlər eyni anda hücum edərək maralı yerəsərdilər, öldürüb, yedilər. Sonra isə çıxıb getdilər.

Gənc şir, olduğu yerdə donub qalmışdı. İnanılmaz gözlərlə baxırdı. Gördüyü bi dəhşət idi. Amma meşə qanunları belə olur. Zəyif daha qüvvətliyə yem olur.“ Deməli ” dedi, “ şirlər qarınlarını belə qidalanırlar. Mən şir olduğum üçün canlıları belə ovluyub yeməliyəm. Amma mən qidalanmaq üçün başqalarını öldürə bilmərəm. Məni heç kim buna öyrətməyib. Öldürə bilmirəm, bunun məcburi olduğuna inanmıram. Maral ot yeyərək qidalanırdı. Gücü qüvvəsi yerində idi. Ot yeyən heyvanlar deməli güclü olur. Başqa əlacım yoxdu, ya ac qalacam ya da ot yeyəcəm. Qoy desinlər “Şir də heç ot yeyər?” desinlər “ot yeyən şir olmur” qoy desinlər!

Aradan bir ay keçdi. Ot yeyən şir meşədə axtardığı azdlığı tapa bilmədi. Şirlər onu yanlarına buraxırdılar amma meşədəki həyat ot yeyən şirə tərs gəlirdi. Neden geNiyə maral,ceyran, keçi, dovşan görəndə anidən hücum edirdilər. Onlar öldürmək üçün proqramlaşdırılmışdılar, yaşamaq üçün öldürməliydilər. Bu tərəfdə bir şir ot yeyərək yaşayırdı, bunu da düşünmək lazımdır. Ot yeyən şir bir gün meşə də gəzərkən dovşan gördü. Dovşanın isə onu görüb qaçmasına təəccübləndi. Dovşan ona tərəf gəlirdi. Kənara çəkilmək istədi, çəkilə bilmədi. Ayağları tutulmuşdu. Dovşan şirin ayağına dəyib beli üstə yıxıldı. Daha sonra durub şirin üzünü əllədi və soruşdu: “ Sən ot yeyən şirsən? “ . Ot yiyen kaplan gık diyemedi. Dili damağına yapışmıştı. Ot yeyən şir isə heçnə deyə bilmirdi. Dili damağına yapışmışdı.

Dovşan: “ Əlbəttə sən ot yeyənsən. Ağzından o biri şirlər kimi qan iyi gəlmir. Bax ot yeyən, şöhrətin qulağıma qədər gəlib. Sən meşəyə öyrəşə bilmərsən zooparka qayıtmalısa. Eşitdiyimə görə, şirlər sənin gözünün önündə bəzi heyvanları öldürüb, səni də öldürməyə uyğunlaşdırırlar. Əgər öldürməyə uyğunlaşa bilməsən şirlər səni öldürər. Sən mənə qulaq as çıx get burdan “ deyəndən sonra gedəndə azca qabağda bir çuxura düşdü. Ot yeyən şir dovşanı çuxurdan çıxartdı və onun üzünə diqqətlə baxdı. Gözləri yox idi bu dovşanın. Dovşan kor idi. Onu belinə qoyub yuvasına kimi apardı.

Sabahası gün kor dovşanı yuvasında ölü olaraq tapan şir göz yaşlarını saxlaya bilmədi. İndiyə kimi kor dovşana toxunmayan şirlər onu ot yeyənin belində görəndə qısqanmışdılar və öldürmüşdülər. Ot yeyən şirin ürəyi nifrətlə dolu idi. Bu qədəri də çox idi. Bu qəribə dovşandan nə istəmişdilər. Son sürətlə o biri şirlərin yanına qaçıb qaışqıraraq dedi: “ kor dovşanı öldürmək asandır, məni bəs öldürə bilərsiz? “ Şirlər də bu sözü eşitmək istəyirdilər. Ot yeyən dovşanı əvvəl əsəbləşdirib hövsələdən çıxartmaq, sonra isə östünə hücum edib onu parçalamaq. Birdən göy üzü qaraldı və güclü yağış yağdı. Şimşək çaxırdı. Kaplanlar sağa - sola kaçıştılar ama ot yiyen kaplan kaçmşirlər sağa sola qaçdılar, amma ot yeyən heç yerə qaçmaadı. Bütün suyun içində olana qədər gözlədi. Yarım saat sonra yağış dayandı. Günəş açdı və ortalıq işığlandı. Ot yeyən şir gecə yarısına kimi oralarda gəzişdi. Gələn gedən oladığını görüb uzaqlaşdı, getdi. Meşə artıq bezmişdi. O, indi zooparka getməyi qərara almışdı.
Bir neçə gündən sonra baxıcı onu qəfəsin qabağında gözləyərkən tapdı. Ot yeyən şir birazdan qəfəsə girəcək və baxıcı qapını qıfılla bağladı, “ Qıfıl təzə dəyişdi, bir də qaça bilməyəcəysən, çünkü artıq imkansızdır “ deməsinə cavab olaraq, içinda “ artıq yuvam buradı, mən qəfəs şiriyəm. Həm istəsəm də meşəyə getmərəm . Ora mənə görə deyilmiş “ dedi. İki ay sonra ürəyi sevincdən tez-tez vururdu, yanına dişi şir gətirmişdilər. Birbirlərini sevdilr və yaxşı cütlük oldular.Zaman keçdi və iki dənə uşaqları oldu. Artıq gənc şir öz qəfəsində sakit və yavaş addımlarla gəzirdi.

Serdar Yıldırım

translated by Rafit

10.25.2009

HOST by taracan

http://fc00.deviantart.com/fs51/f/2009/288/3/4/H_O_S_T_by_taracans.jpg
Əla şəkil...
Bəlkə də ilin şəkli...

Barmaqlıqlar Arxası...

Onu hər gün döyürdülər. Hər gün huşunu itirənə kimi döyürdülər. Üzünə, gözünə yumruqla, təpiklə bədənini əzirdilər. O artıq bezmişdi. Hər gün işkəncə, hər gün əzab. Amma heçnə edə bilmirdi. Qarşı çıxanda isə üç gün yemək vermirdilər. Verdi yeməklər də heç düz əməlli deyildi. Hər gün iyrənə-iyrənə yeyirdi ac qalmasın deyə. Oturub fikirləşirdi bu düşdüyü vəziyyəti. Səssiz səmirsiz. Amma bir gün səhər hələ gözətçilər gəlməmişdən əvvəl oturub fikirə daldığı an doğurdan da niyə belə olduğunu anladıqda, səbəbini araşdırdıqda belə həyatın iyrəncliklərini dəyişməli olduğunu başa düşür. Ayağa qalxıb nə edəcəyini fikirləşir. Və biləylərini sıxan qandalları əllərini bir-birindən ayıraraq qırır. Özündə çox böyük yüngüllük hiss edir. Sevincdən dayanmadan dəmir barmaqlıqlara yaxınlaşır. Və heç bir ağırlıq hiss etmədən barmaqlıqları əyərək illərdi dustağ olduğu zindandan rahatlıqla qaçır. Qaçarkən qarşısına çıxan insanların hamısını əzərək çıxır. Sonda isə həbsxananın darvazasından xaricə çıxır. Və bir dəqiqə belə dayanmadan qaçır. Düz. O yol hara aparır aparsın düz gedir. Uzağda üfüqdə yoxa çıxır.

P.S Sən də bu cəmiyyətin əlində dustağsan. Səni hər keçən il daha da sıxırlar. Qır əlindəki zəncirləri! Azad ol!
by Rafit
23.10.09

10.23.2009

Boş dəftər...

Boş dəftər

Bu dəftərdə çox şey yazılıb. Əslində hər şey haqqda məlumat var. Marağlı faktlar, əsl məlumatlar. Orda hər şey yerində yazılıb.

Vərəqdə bu böyük kürənin çaylarında su içən, çəmənliylərində otaran dinc heyvanların ilbəil sayının azalmasının onlarla qidalanan vəhşi heyvanlarının sayının azlmasına təsiri. Bu təbii seçmədir deyib amma səbəbini insanlarla əlaqələndirən tutarlı faktlar. Bu bitki aləmi dünənnən bəllidi də day. Hər il neçə min ağac kəsilir. Və neçə yüz ağac əkilir.

İllərlə neft deyilən mayenin insanlara ikinci günəş olduğu məlumdur. Onun yerin ən dərin qatlarınnan vəhşi kimi çıxarılıb min cür şeyə çevirib həddindən artıq bahalı maşınlara “içirdirlər”. Həmin günəşi kiçik a.k.v`i 12 olan karbon atomlarına kimi parçalıyırlar amma yenə də onu istifadə eliyyənnən sonra yerinə qaytara bilmirlər. Ha ha =). Bəzi alimlər işliyirlər üzərində Qlobal “Üşümənin” səbəbinə gətirib çıxarır deyə. Amma yenə də fikir verən yoxdu.

Fikir verən var əslində 6 milyardlıq ordu. “Hamı” qarşıdı bu qlobala. Yalnız qarşıdı.

Ən varlı insan və ən kasıb insan. Bax buna bax gözlərin “yaşarsın”, hər gün Afrikada acınnan ölən 30`a yaxın gözü yaşlı uşaq və gündə, heç özüdə bilmir nə qədər qazanan Bill.

Başını sxemin içinə salıb özünü onun bir hissə kimi hiss edən yaponlar. Özləri də bilmir kim və nə üçün yaşayan mini beyinli ermənilər.

Camaatı əfəl kimi aldadan telefon şirkətləri. Tələbat adıynan hər 3 günnən bir təzə model çıxarıb içini, formasını dəyişən “adamlar”. Və özünü əfəl sayıb hər 3 günnən bir “təzə telefon çıxıb e, bilirsən nə zor funksiyası var gedirəm onu almağa” deyib də geydirmə distribyuterlərin maqazinlərinə girən “adamlar”.

Ya da hamının diqqətdində olan futbol matçları. Bu kafsent məsələsi təzə çıxdı. Futbola iyrənclik qatır. Hər il milyonlarla dollar bu kafsentlərin şotuna gedir klubların cibinə.

Artan viruslar. İnsanlar tərəfinnən yaradılmış min cür modifikasiyası dəyişilmiş elə min cür virus və elə həmin insanlar tərəfindən hazırlanmış həmin o min cür virusa qarşı vaksin.

Böhrandı, batırıq, gəlirlər azalır və xərclər artır. Bunun hesabına bəziləri varlanır. Bəziləri isə əksinə. Hamı eyni vaxtda öz pulunu bankdan götürsə, bütün ölkələr batar, fiasko...

Bəsdi bu qədər. Qalanın da özünüz oxuyun. Bu yazılanlar bu dəftərdə var. Hamı belə dəftərləri alır. Siz də alın. Bütün maqazinlərdə, dəftərxanalarda, küçələrdə satılır. Amma heç kim onları oxumur üzərindəki hərfləri, sözləri görmürlər elə boş dəftər sayıb üzərinə neçə-neçə kimya reaksiyaları, riyaziyyat məsələləri, şeirlər, işçilərin siyahısı, imtahanda pul verənlərin siyahısı və sair gic-gic şeylər yazırlar...

by Rafit

21.10.09