9.29.2009

Camp Nou is the best

Ölümə bir bax..

Ölsəm başqa.. Deməli bu gün ölsəm gələk mənim meyidimi aparsınlar təmizləsinlər. Məni yuduzduracağlar. Aparacağlar məscidə. Nə qədər pul. Əslində səhv eliyəcəylər. Özləri yumalıdılar. Sonra gedib qəbiristanlığda boş yer tapıb o sahəni alacağlar. Nə qədər pul. Basdırmağçun gərək yeri qazsınlar onunçun da pul. Yaxşı basdırdılar. Mollaya kalan yasin pulu. Sonra qəbirimin üstünə qohum əqraba gələcək. Süni-süni dualar, yasinlər veriləcək. Sonra yaxşı başdaşı üçün sifariş verəcəklər. İndi dünən ölmüşəm çadır açırlar. Yas deyilən mərasim keçirirlər. Heç tanımadığım adamlar sanki borcları var, gəlməlidilər, yasıma gələcəklər. Onlar da pul verəcəylər indi yəqinki, mənim yaxınlarıma. Nəisə. Bu uzanacağ deməli, 1`i, 3`ü, 7`i, 40`ı, ili. Təntənəli surətdə keçiriləcək. Gözəl başdaşı onu min dəfə “yalayacağlar”. Ölmək heç sərf eliyən iş deyil.

Onu bilirəm, qərara gəldim ki, vəsiyyətimdə yeni dəyişiklik edim. Bu siyahını dəyişim.

Allah rəhmət eləsin

Amma bunun digər tərəfi də var ki, mən bu dünyadan köçüb başqa dünyaya gedəcəm. Mənim macəralarım davam edəcək)))

Sagonun bir sözü var: mən bu gün ölə bilərəm, bu an ölə bilərəm, hər an ölə bilərəm.

Harry Potter


Dərsdən sonra evə gəldim..

Yorulmuşdum elə uzandım ki,
gözümü açanda gördüm saat 8.
Bu gün baxdım axırı..
Harry Potter and Half Blood Prince(6)

Əla çəkilib..
amma sujetdə amma yarımçıqlıq hiss olunur..

Ronun bacısıynan heç yeri yox idi..

Əlavə olaraq bir dənə yazı yazdım..
Ölüm haqqında...

hey yow millət


gələcəyimə xəyallar qururdum.
məsuliyyətlər..

Şit-şit fikirlər..

"Senari səhv yazılıb")))

Dərsləri oxumaq, mənasız hərif yığını.

Köhnəlmiş elmi nəaliyyətlər..

MSN, fb, blog,
forum..

belə...

9.27.2009

HOSTed for smile

Hamısı başladı ilk vaxtlar, depressiya.
Oyandılar sonra, etirazlar, pritenziya.
Bunun axırı pisdi, aprır sonu repressiya.

NET


salam
bu gün

məzə-məzə
heçnə net net yenə net
Günorta həyətə düşüb wi-fi`ya
getmişdik.. uşağlarnan
MSN`i yüklədim..
Şükür Allaha.
İndi anti`ynən danışıram.
Birazdan yatacam=))))
.

9.25.2009

həyat necə də gözəldi=))

Elvis Presley - What A Wonderful Life

Fontzz

UrbanFonts.com

Ən yaxşı font site`ı
Bütün növ fontlar var..

Rafit

iyirmi3, 4, 5

23
maraqlı keçdi..

Barçanın növbəti darmadağını..

24

Məna tərəfdən kasad amma yenə də
gündü də buna da şükür..

25

Ən uğurlu günlərdən biri.

Bu gün imtahanı verdim..
Kəsrdən də canım qurtardı 3 aldım..

Pisdi, amma öz qiymətimdi..

9.23.2009

Toy Toy Toydu Bugün...

Bu gün toya getmişdim..
Sıxıcı keçməliydi..
Mənasız olmalıydı.

Səviyyəsiz keçməliydi.

Nə deyim elə də oldu..

Getmiyəcəydim amma məcburi olaraq...

Heç oynamadım..

Axırda gəlini yola salanda 3 dəfə əl çaldım

Nəisə indi də Barça`nın qollarını sayıram

26 dəq`qəyə 3 qol..

İbra, Messi, Pique hələlik vurublar
Davamı gələr inşAllah..

9.22.2009

Kazım dayı və oğlu.. by QaraQan

Kazım dayının çoxlu pulu var idi. Yazıq Kazım dayı ömrü boyu əziyyət çəkib bir təhər üzə çıxa bilmişdi. Kazım dayı yaxşı adam idi. Qohuma-qardaşa əl tutardı, yetimləri oxudub adam eləyərdi. Oğlu Qoşqar isə atasına oxşamırdı. Qoşqar doğulandan pul içində olub, əzab-əziyyətdən xəbərsiz idi. Qoşqarın günü gecəsi barlarda, restoranlarda, çimərliklərdə keçirdi. Dostlarının yanında lovğalanıb, kasıblara yuxarıdan aşağı baxan Qoşqar atasının gül balası idi. Amma atası ona heç nə demirdi. Çünki Kazım dayı Qoşqarda öz itirdiyi cavanlığını görürdü. İstəyirdi ki, oğlu gəncliyin dadına baxsın, kef eləsin, əylənsin. Oğlunun yaşında o daş daşıyırdı. Amma oğlu bu əziyyətləri görməməlidir. O Qoşqarın xoşbəxtliyini istəyirdi. Hər il oğluna yeni avtomobil hədiyyə edir, hər həftə 2000 manat cib xərci verirdi. Qoşqar da pulu sağa-sola xərcləyirdi. Ən bahalı geyimlər, ən gözəl avtomobillər, ən cazibədar qızlar. Bir gün ona daha yaxşı bir şey təklif etdilər. Bu iynənin içindəki cənnət idi. Onu damara vuran kimi Qoşqar dünyanın sahibinə çevrilirdi. Bu ona ləzzət eləyirdi. Qısa bir vaxtda Qoşqar narkotikə alışır və atasından daha çox pul almağa başlayır. Hər dəfə Kazım dayı evə gələndə oğlu onu qarşılayıb əlindən öpür, qucaqlayırdı. Atasına onu çox sevdiyini deyirdi. Sadəlövh kişi də inanırdı. Yuxuya gedəndə də oğlu gizlincə cibindən pulları əkişdirib heroinə xərcləyirdi.
Amma bu gün ata ilə oğul tamam başqa vəziyyətdə idilər. Onlar qaranlıq bir otaqda üzbəüz duran iki dirəyə qalın kəndirlərlə bağlanmışdılar. Ata ilə oğul üz-üzə durmuşdular. Ikisini də bərk bağlamışdılar. Oğulun əlində tapanca da vardı. Tapanca iplə Qoşqarın əlinə sıx bağlanmış, atasına tərəf tuşlanmışdı. Onu yerə ata bilmirdi. Kazım dayı fikirləşirdi. Dünən saunada hiss elədi ki, gözü qaralır. İndi də tanımadığı qapalı bir yerdə oğlu ilə üzbəüz. Bu nə məsələdir? Qoşqar da qorxurdu:
- Atacan, bura haradır? Biz haradayıq?
- Bilmirəm. Bizi niyə bağlayıblar? O tapanca nədir?
- Atacan, xəbərim yoxdur.
Elə bu an otağın qapısı açıldı və içəri qara geyimli bir adam daxil oldu.
- Atalar və oğullar. Heh. Atalar və oğullar. Maraqlı şouya hazırsınız?
Kazım dayının gözləri bərəldi.
- Nə şou? Bura haradır? Sən kimsən? Heç bilirsən kimi tutmusan? Mən burdan çıxan kimi sənin başını kəsdirərəm!
- Hmm. Sən burdan çıxmayacaqsan.
- Nə?
- Səni oğlun öldürəcək.
Otağa sükut çökdü. Ata oğula baxırdı, oğul qara geyimi adama, sonra əlindəki tapancaya, atasına sonra... Heç nə başa düşmək olmurdu.
Qoşqar dedi:
- Yox, nə danışırsan? Nə istəyirsən bizdən?
Qara geyimli otaqda gəzişə-gəzişə dedi:
- Mən sizdən heç nə istəmirəm, amma Qoşqar bir azdan məndən bir şey istəyəcək.
Bu sözü deyib qara geyimli maye ilə dolu şpritsi küncdəki masanın üzərinə qoydu. Sonra dedi:
- Kazım dayı, yəqin xəbəriniz yoxdu ki, oğlunuz narkomandır. İndi bilirsiniz. Oynayacağımız bu oyunda səmimi olmaq lazımdır. İndi mən Qoşqarın tapancasına bir güllə salacağam. Sonra qonşu otaqda uzanıb kitab oxuyacam. Bir müddətə Qoşqar narkotik istəyəcək. Qoşqar, görürsən də o masadakı ləzzətli iynəni. Bəh-bəh-bəh. Bu ləzzəti sənə ancaq mən verə bilərəm. Təbii ki, bir şərtim var. Sən gülləni atanın alına vurmalısan. Onsuz da elə tətiyi çəksən güllə alına dəyəcək.
Qoşqarın sağ əli - tapancalı əli düz atasının alnına tuşlanmış şəkildə başqa bir dirəyə bağlı idi. Ona görə Qoşqar tapancanın istiqamətini dəyişə bilmirdi. Onu tərpədə bimirdi, tətiyi çəksəydi atası öləcəkdi. Qarageyimli davam etdi:
- Qaydalarla tanış oldunuz. Qoşqar tətiyi çəkir, sizi öldürür, mən ona narkotik verirəm. Oyun üç gün davam edəcək. Əgər üç gün ərzində oğlunuz sizi öldürməsə ikinizi də azadlığa buraxacağam. Söz verirəm. 3 gündən sonra azadlığa çıxırsınız. Ona görə mehriban olun.
Bu sözü deyib qara geyimli tapancaya bir güllə salıb otaqdan çıxdı. İrəlidə üç gün var idi.

BİRİNCİ GÜN
- Qoşqar sən narkomansan?
- Yox ata nə danışırsan? Əlbətdə ki, yox.
- Bəs bu nə deyir?
- Nə bilim bəlkə sənin düşmənindi bizi tutub?
- Mənim düşmənim yoxdu. Hey. Ayyy. Eyy eşidirsən bizi? Sənə nə qədər istəsən pul verərik. Burax bizi. Eyyyyy
- Ata, deyəsən heç kəs yoxdu. Bəsdi qışqırdın.
- Burdan çıxmağın yolunu tapmalıyıq.
- Ata, necə çıxaq? Çıxart bizi burdan. Qurban sənə
çıxart bizi.
-ııı.. hğğğğğ....mm.. İp çox bərk bağlanıb tərpənə bilmirəm.
- Mən də. hğğrrmmm
- Ehtiyatlı ol tətiklə.

İKİNCİ GÜN
Qoşqarın rəngi dəyişmiş, gözləri qızarmışdı. Kazım dayı isə gümrahlığın saxlayırdı. O uşaq olandan aclığa susuzluğa öyrəşmişdi. Amma Qoşqar əsirdi. Hərdən qışqırırdı. Atası soruşanda niyə qışqırırsan?
Deyirdi ki, susuzluqdandır. Amma susuzluqdan bu cür qışqırmazdılar. Günün axırı Qoşqar ağlayırdı, tez-tez tüpürürdü. Kazım dayı şübhələnməyə başlamışdı. O başa düşürdü ki, Qoşqar susuz deyil. Susuzluqdan adam udqunar, tüpürməz.
- İtin balası, narkomansan?
-Yox.
- Gədə, mənə yalan danışma.
-Yox.
Amma Qoşqarın gözləri qaçırdı. Kazım dayı çox əsəbi idi.
- Mən də elə bilirdim ki, ağlın başındadır. Gör özünü nə günə qoymusan.
- Hə, iynə vururam hərdən, rahatlandın? Hə, vururam. Nə edim? Mən də beləyəm. Nədir olmaz? Pul var da.
- Qoduğ, pul mənimdi. Sənin nəyin var? Mənim halal zəhmətimi iynəyə verirdin?
-Ata, bağışla.Vərdişdi də. Nə edim? Mən səni sevirəm. Bağışla.
- Yaxşı bala, Bir gün qalıb. Söz verib ki, bizi buraxacaq. Onda həkimə gedib səni sağaldarıq. Eyyy axmağ, eşidirsən bizi? Bir gün qalıb. Oğlum məni dəlicəsinə sevir. Axmaq, heç o məni vurar? Ağlın özünə getməsin. Buradan çıxan kimi səni tapacam.

ÜÇÜNCÜ GÜN
Kazım dayı gözünü örtüb başını dirəyə söykəmişdi. 3 gecə ayaq üstə yatmaqdan bütün beli göynəyirdi. Qoşqar da tər içində ağzı köpüklü damarları şişmiş, dişləri əsə-əsə atasına baxırdı. O dözə bilmirdi. Sümüklərində ağrı vardı. Masadakı iynəni görəndə dəli olurdu. Bəlkə atasını vursun? Bəlkə ..bəlkə.. O dözə bilmirdi, içindəki səslər onu gic edirdi. Bəlkə vurasan? Qoşqar, bəlkə vurasan? Qoooşşqarrr. Qooşşqaaarrr... Ay uzun saç qara göz ağıllı iynəm mənim. İynəəəəə... He, he, he, he, iynə. İynəəə. İynəcik. Düyməcik. He he he. İynəəə. Miyələk, kəpənək, unitaz... He.. unnnn iit zzzzzz....Vur o cındırı! Vur! Vur! Vur! Tətiyi çək! Cındır Kazım. Vur o qoca kaftarı.. Cır ağzını onun..yox yox , vurma..vurma.. Yox, sakitləş Qoşqar bircə gün qalıb..Bircə gün. Vurma, səni türməyə salarlar.Vurmaq olmaz. Elə bu an içəri qarageyimli adam daxil oldu.
- Salam uşaxlar, necəsiz? Bəlkə bir gün də artıraq? Yox iki gün, iki günə buraxaram sizi. Qoşqar, niyə vurmursan ee bunu? Vur canın qurtarsın da. Onu öldürən kimi səni azad edəcəm. Bir dənə yaxşı xəbərim var sənə Kazım dayı keçən həftə vəsiyyətnamə imzalayıb - bütün mülkünü sənin adına keçirib. Kaftarı vurursan, iynəni verirəm, əlavə olaraq bank hesabına da 7 milyon dollar. Necədi? Əlində də əlcək var. Tapancada heç barmaq izin də qalmayacaq.
Kazım dayı bağırdı.
- Alçaq bəs dedin, 3 günə buraxırsan? Sabah buraxmalısan bizi. Sabah səhər açılan kimi.
-Yaxşı, oldu söz vermişəmsə buraxacam.
Bu sözü deyib qarageyimli otağı tərk etdi.
Qoşqarın damarları qaşınırdı. İynə iynə iynə iynə, ata, iynə, iynə, ləzzət, ata, vicdan iynə, pul, kef, 7 milyon, iynə, ata, iynə iynə..
Oğlum necəsən? iynə iynə, Qoşqar eşidirsən məni? Ağlını itirmə iynə iynə Bala 5 -6 saat qalıb
- Bilirəm də nə qədər qalıb. Qoyun deyiləm ki, nə qışqırırsan?
- Mən sənin atanam.
- Mən də sənin oğlun, çox şad oldum tanışlığımıza. Nə olsun. Atama bax. Mənə öyrətmə nə etmək lazımdır. (iynə iynə iynə iynə, vur onu bütün pullar sənin olacaq) özüm bilirəm (iynə ev maşın pul)
- Oğul əlini çək tətiydən. Bala, bağışla atanı, bağışla.
- Nə? (iynə, heç kəs bilməyəcək. Deyəcəm məcbur ediblər.)
- Qoşqar, qurban sənə, qurban olsun atan sənə. Oğlum mənim canım balam, gözümün işığı bircə oğlum.

Qara rəngli Makarın gurultulu səsi Qoşqarın qulaqlarını batırdı. Tapancanın lüləsindən süzülüb çıxan tüstüdən gözəl barıt ətri gəlirdi. Otağa qara geyimli girib iynədəki narkotiki Qoşqarın damarına vurdu. Qoşqar gözlərini yumub sakitləşirdi. Kazım dayının isə gözləri bərələ qalmışdı. Onun baxışı oğluna yönəlmişdi. 20 il əzizləyib böyütdüyü oğluna. Kazım dayı heç nə eşitmirdi çünki eşidə bilmirdi, Kazım dayı heç nə görmürdü çünki baxa bilmirdi. Dodaqları donub qalmış, nəfəsi kəsilirdi. Oğlu ona atəş açmışdı. Qara geyimli adam Qoşqarın qollarını açdı amma o ləzzət içində olduğundan yerə yıxıldı. Sonra Kazım dayının qollarını açdı. Kişi ayaq üstə donub qalmışdı. Qara geyimli otağı tərk etdi. Uzaqdan avtomobil mühərrikinin səsi yerə sürtünən təkər səsinin uğultusunda yox oldu. İndi otaqda iki nəfər qalmışdı. Yerə uzanıb ləzzət alan oğul və ayaq üstə durub oğluna nifrətlə baxan ata. O oğluna baxıb iyrənirdi. Nə deyəcəyini bilmirdi. Tapancaya qoyulan güllə boş olduğundan ataya heç nə olmamışdı.. Sadəcə gurutulu səs çıxaran tapanca atanı mənəvi cəhətdən yaralamışdı. Oğul ləzzət içində atasına baxır və elə bilirdi ki, bu onun gözünə görünür. Əslində isə ata sağ idi. Ata sağ idi. Amma bu gündən onun üçün oğul ölmüşdü.

Bayramlaşmalar



Əgər sözün düzün desəm
ən zəhləm
gedən şeydi bayramlaşmaq.
Məcburi olaraq zəng edib təbrik edəndən
sora
üstəlik axşamda sükutlara qərq
olan danışığlara
istər istəməz qoşulmağ istəmirsən.
Nəisə sözümün canı ondadı ki, nənəmgilə getmişdik.
Mənasız gün..

Bibi uşağların gördüm biraz kefim açıldı..

9.21.2009

- Ramazan -


Dövletimiz bu terefden de öz originallighin gösterdi.
Bayrami iki gün kechirir.
Bu gün, sabah.

Bayram bir gün olar.
Neise bu söhbetler müqeddes
Ramazan bayramina xelel getire bilmez!

Fürsetden istifade edib cemi
müselmanlarin bayramini tebrik edirem.

A bir de bu gün CHESTER'le forumda
müzakiremize göre ikimize da
warn verdiler.
Politik mövzulara girishmishdik.

9.20.2009

Balu və Suta.. by QaraQan

Mədrəsələrin birindəAğıllı Suta iləTənbəl Balu adlı iki şagird var idi. Suta dərslərini əla bilir, boş vaxtlarında mədrəsənin ətrafını təmizləyirdi. Balu isə bütün günü yatır, dərslərini də oxumurdu. Bir gün Balu Sutaya deyir :
- Suta, iki üstəgəl bir neçəedir?
Suta cavab verir:
- Üç.
Balu gülüb deyir:
- Ehh, bu qədər dərs oxuyursan, yenə heç nə bilmirsən. İki üstəgəl bir beş edir.
Suta deyir:
- Yox, üç edir.
Balu deyir:
- Beş.
- Yox, üç.
- Yox! Beş.
Nəisə, bunların mübahisəsi uzanır, uzanır. Axırda başlayırlar dalaşmağa . Bir-birlərini yerdə sürütləyərkən müəllim içəri girir. Onları ayırıb nə baş verdiyini soruşur. Ağıllı Suta əhvalatı danışır. Onda müəllim Sutaya deyir-sən cəzalanırsan. Keç otağına, üç gün bayıra çıxma.
Suta üç gün qaranlıq otaqda qalandan sonra müəllim qapını açır. Suta müəllimindən küsmüş halda ona tərs-tərs baxır. Sonra deyir:
- Müəllim, axı mən düz deyirdim. İki üstəgəl bir üç edir. Amma Balu deyirdi ki, beş edir. Sizsə düz cavab verdiyimə baxmayaraq məni cəzalandırdınız. Əslində isə siz Axmaq Balunu cəzalandırmalıydınız.
Müəllim cavab verir:
- Balu, ağılsızdır, ona görə səhv danışa bilər. Bir üstəgəl iki doğrudan da üçdür. Amma sən yüz faiz əmin olduğun bir şeyə görə mübahisə etdin. İndi de görüm hansınız daha Axmaqsınız?

Dünyaya uşaq gətirmənin 3 mənası

Birincisi uşaq istəmə hissi ilə bağlıdır.

İkincisi ictimai fikirlə.

Üçüncüsü isə daha eqoist məni kim saxlayacaq qocalanda? Kim basdıracaq?

O və ya bu məqsədlə uşaq doğulur. Valideynlər onu saxlamağa başlayır. Böyüdürlər. Hələ bir valideyn görməmişəm ki, uşağa desin sən mənə heç nə ilə borclu deyilsən. Çünki mən səni doğanda səninlə heç bir kontakt imzalamamişam ki, sən mənə nə vaxtsa borc qaytarasan. Nə istəyirsən elə, istəyirsən çıx get, istəyirsən qal, istəyirsən at özünü yeddinci mərtəbədən. Bu sənin həyatındır.

Bütün valideynlər deyir Sən bizə borclusan. Sən bizi saxlamalisan çünki biz səni saxlamışıq. Sən bizim həyatımızın bir parçasısan. Sənə nəsə olsa biz ölərik. Sənə nəsə olsa anan dəli olar. Sənə nəsə olsa atan özünü öldürər. Baxın bu cümləni bir də yazıram Sənə nəsə olsa biz ölərik. Bu bilirsiniz bizim həyatımızı nəyə çevirir?

Yadınıza salin köhnə Hollivud filmlərini, polis cinayətkarla üz-üzədir. Və cinayətkara qışqırır at silahını yerə. Cinayətkarsa deyir sən at silahını yerə... Biz sənin sevgilini oğramışıq bizə nəsə etsən onu öldürərik. Həmin saniyəyə kimi hamı polisin qalib gələcəyinə inanır. Amma son cümlədən sonra nə baş verir? Hə özünüz deyin. Yox gəlin bir yerdə deyək. Polis silahını yerə qoyur və vəziyyət cinayətkarın xeyrinə dəyişir. Çıxış yolu daha da çətinləşir.

Bizim həyatımız da indi belədir. Biz polisik. Həyatdakı çətinliklər isə Cinayətkarlar. Amma o həyatın əlində həmişə bizim valideynlərimiz var. Onlar da deyirlər Sənə nəsə olsa biz ölərik.

Silahını qoy yerə və həyatın ədalətsizliklərinə təslim ol. Öyrəş. Adiləş. Arzularını unut. Heç yana getmə. Yanımızda qal. Bizi saxla. Biz deyən universitetə get, biz dediyimiz oğlana ərə get. Şikayət eləmə ki, səm bizim əmrlərimizi yerinə yetirə-yetirə öz həyatını itirirsən. Qorxma,sənin də uşaqların olacaq,sən də onların həyatını quracaqsa.Onları idarı edəcəksən .Bax onda da sən yaşayacaqsan.Çünkü bizi də valideynlərimiz istədiyimiz kimi etmişdi. Biz də indi sənin həyatınla yaşayacayıq. Çünkü öz həyatımızın yaxşı illəri keçib.

Məni dəvalieyinlərim zəncirləmək istəyirdi. Amma mən buna imkan verə bilməzdim.

Misirdə hamı FİRONUN yaradıcı olduğuna inanırdı. Onlara deyilirdi ki, hamı həyatına görə FİRONA borcludurlar. Ona görə inək istədiyi vaxt istədiyi dükana girib oranı dağıdıb tökür.Sonra xoşladığı meyvələrdən dişləyib çıxmamış dükanın içində geşəngcə batırır da Gedəndən sonra isə dükanın yiyəsi pərt olmaq əvəziə yerdəki peyinə baxıb sevinir ki, buda müqəddəs allahın hədiyəsidir. Daha bilmirəm yeyir onu ya yox,amma yüz faiz sevinir.Ya milətçilər,əskərlər,onlar vətənə borcludurlar.Ona görə ölməyə hazırdırlar.Ona görə də özləri uzaq dağların başında hansısa siyasi maraqlara görə qanlarınıtökəndə arvadları qonşuluqdakı kişilərlə yatır.Vətəndaşlar dövlətə borcludurlar.Ona görə hər dəfə vergi verməlidirlər.Hətda öz evinin damında günəş batareyası qoyub elektiriki özün istehsal edib dövlətin işığını işlətməsən də ona görə səndən vergi alacaqlar.Çünkü sən onların günəşindən işıq götürürsən. Görürsünüz biz həyata nə qədər borcla gəlmişik? Amma izahlı lüğətdə BORC sözü belə izah olunur. “Kimdənsə xahiş olunub alınan və vaxtında qaytarılacağı haqda söz verilən mal”. İndi gəlin baxaq-biz doğulanda kimdənsə kimdənsə xaiş etmişik? Mənim yadımda gəlmir. Yox.Elə bir şey olmayıb.Qaytarılması danışılmayan bir şey isə hədiyyədir.Hədiyyə bizə məxsusdur

Yoxsa biz doğulanda demişik ki,bizi saxlayın,bizdə sizə borcumuzu qaytaracayıq? Bizi heç kimdən asılı etmir. Hədiyyəni biz qaytarmaq məcburiyyətində deyilik. Təsəvvür edin ki, sizə kimsə hədiyyə verir. Bir il sonra onu geri istəyir. Siz o adama necə baxarsınız? Mən deyərəm ki, gicdi yəqin.

İndi də elədir. Hamı bizə nə isə verir və bizi borclu çıxarır. Amma mən deyirəm. BİZ HEÇ KİMƏ BORCLU DEYİLİK, ÇÜNKİ HEÇ KİMDƏN BORC İSTƏMƏMİŞİK.

Həyatımızı necə istəyiriksə elə də yaşayaq. Heç bir kontrakt yoxdur. Hətta ən qeyri-demokratik məhkəmə belə bizi cəzalandıra bilməz. Çünki hər bir “sənə filan şey veriblər” cümləsinə cavabınız var- “verməzdilər, xahiş etməmişdim”.

Bu mövzunu çox çürütmək istəmirəm onsuzda hərə öz fikrində qalacaq. Sadəcə mən demək istəyirəm ki, məni borclu çıxartmasaydılar həyatımda daha çox risk edib daha çox şey qazana bilərdim

by QaraQan/from A.

beş - 2 = )))


Seher tezden durmusham ki, gedim kitabxanaya.
9.5 kg kitablar.

Amma kitabxana baghli idi.

Neise biraz da esebleshdim.

Bütün günü evde olmusham.

Saat 1'de ise
BARÇA'nin oyunu var idi.

Atletico Madrid'i 5-2 darmadaghin etdi.
3`dən 3 100% nəticə.
turnir cədvəlində 1`ci yer..

9.18.2009

Kitabxana


Dərsləri tulla bir qırağa..
Sıf q deyilən bir hərf var o məllimin dəftərinə
Düşməsin deyə dərsə girirəm..

Sorası atrabotka zad zülümdür..
Dərsdə də bir şey öyrənmək olur..

Bu gün maraqlı keçmədi. Kitabxanaya ktabları qaytarmalıyam.
Ağırdı, kitab çoxdu.. sabah saat 11`də getməliyəm.

Təzə kitablar..
Belə isə sözləri Sago`nun fikiri ilə tamamlıyım:
Mən bu gün ölə bilərəm.

Bu an ölə bilərəm..

Hər an ölə bilərəm..

Iki Ceyran... by Rafit

Iki ceyranın söhbəti...

Ağacın altında iki ceyran söhbət edirdi. Ana ceyran və onun balası.

-Ana?

-Hə Oğlum?

-Ana o düzdü ki, dünyadakı hər şeyi Allah yaradıb?

-Bəli oğlum.

-Bütün bitkiləri, heyvanları da?

-Bəli.

-Bəs niyə yaradıb? Məsələn ağacları? Onları niyə yaradıb?

-Bizi onları kölgəsində oturub güəşin istisindən qorumaq üçün.

-Bəs günəşi niyə yaradıb?

-Günəş bizə həm işıq verir, həm də qızdırır.

-Bəs otları? Hə bildim qidalanmaq üçün. Yaxşı bəs quşları?

-Bizə təhlükə yaxınlaşanda xəbərdarlıq vermək üçün. Onlar təhlükə hiss edən kimi topa halında uçurlar.

-Buludları bəs? Onları niyə yaradıb?

-Buludlar? Yağış yağır su içirik, ağaclar böyüyür.

-Bəs küləyi?

-Küləyi isə bax həmin o buludları bizə tərəf gətirir.

-Ana onda Allah bizi qoruyur?

-Bəli oğlum.

-Yox ana bəzi heyvanlar, məsələn, qurdlar, şirlər. Onlar bizi yeyir axı?

-Oğlum Allah onları ona görə yaradıb ki, bizim sürüdə olan qocalar, gücsüzləri təbii seçmə yolu ilə sürüdən çıxarsınlar. Amma bax cavanlar və güclüləri yeyə bilmirlər.

-Elə bəs onda çaqqalları bəs?

-Onları da ölmüş cəsədləri yemək üçün. Əgər ölmüş cəsədlər qalsa bir çox xəstəliklərə səbəb ola bilər axı.

-Aaa.. Onda səndən son bir şey soruşum. Bəs insanları? İnsanları niyə yaradıb?

Ana bir neçə saniyə dayandı və dərin bir ah çəkərək dedi:

-Bax onu mən də bilmirəm.. Gəl gedək göl tərəfə!

-Yaxşı ana.

P.S: Mənə bütün bunları onlara ağacın üstündən qulaq asan köstəbək danışdı ..