5.31.2010

Uğur uğur dalıyca...


Deməli bu ilin Milli kitab mükafatçısı QaraQanın "A" romanı oldu...
hamını təbrik edirəm, HOST`un növbəti uğuru münasibəti ilə...
Gələn il də "Bir Milyon Dollarım Olsaydı" olar birinci yer yəqin ki (;

Milli Kitab Mükafatı 2010 

Hava Od Su Torpaq



Həyatda təkcə nifrət obyekti olan bəzi şeylər var ki, onları həmişə kölgədə saxlayan tutarlı səbəblər olur və bunları vecinə almırsan.
Aydındır ki, bu səbəbləri bəzən izah etmək çətin olur, bəzənsə izah edə bilmirsən, ya da bəlkə də nə vaxtsa edəcəksən,o anı gözləyirsən.
Vergül qoyub həyatına davam etmək istəyirsən, səni başa düzməzlər deyə öz içindəki dünyada yaşayırsan.
Azad hiss etdiyin yerdə sənə doğma olan sözləri eşidirsən, səni təklikdən ayıran, hisslərinin danışdığını hiss edirsən.
Olmaz deyib içində xəyalların puç olduğunu görürsən və bunu istəmədiyin üçün qarşındakıları tənqid etməyə başlıyırsan.
Durduğun halda birşey etmədiyinin fərqinə varıb, ətrafdakılara baxıb, səni "qoruyanların" səni məhv etdiyini anlayırsan.
Sevgidə özünü "itirdiyini" başa düşürsən və bunu hamıyla paylaşmaq istəyirsən, cəhd edirsən.
Ulduzları yaxından seyr etməkdən çox onun gözlərindən öpmək istəyirsən, uzağlaşanda darıxırsan.
Tərbiyəsiz cəmiyyətin kölgəsindən uzaq edib onu qucaqlamaq istəyirsən.
Onunla birgə olmağa mane olanları məhv etmək, ya da vaxt yoxdu, mane olmağlarını istəmirsən.
Rəqib kimi baxıb, zəyif yerlərini tapıb onları yandırmaq üçün səhvlərini üzlərinə vurursan, etdiklərinə sevinirsən, fəxr duyursan.
Pisliklərdən uzağ durub onları özləriylə döyüşməyə vadar edirsən, çox vaxt alınır, çox vaxt isə yox.
Alınsa da alınmasa da bu belədir deyib ağızlarından "şillə" vurursan və səhv olduğlarını anladırsan.
Qaydalara qarşı çıxıb, qaydaları qoruyanları qınayırsan hər şey özlərinə buraxırsan, qoy öz başlarını özləri çıxartsınlar bu həyatdan deyib sakitcə qeyb olursan...

5.29.2010

Biz İnsan Deyilik


Maska bi dənə albom gəlir...Repin tarixinə öz damğasın vuracaq...
Mən deyərdim sənət əsəri. ya da HOST`un hələki ən dəhşətli layihəsi...
Çox danışmıyağ...
Sabah albom çıxır hamıya məcbur edirəm albomu alsın! yoxsa pis olar ((:
Qısacası böyük gün sabah...

fikirlər...


Mən oturub bütün günü fikirləşirəm. "Mən nə edəcəm? Bax univer`də oxuyuram. İstəmirəm day getmək...

5.22.2010

gəl gedək!




Gəl gedəy ulduzlar rəqs edər bizimçün orda
Gəl gedəy ayağyalın mavi dəniz sahilində
Gəl gedəy orda insanlar yoxdu deməli yoxdu dərd
Gəl gedəy əlimnən bərk yapış gəl gedəy
Gəl gedəy orda çiçəylər və göyərçinlər
Gəl gedəy sərin sulu bulax yaşıl çəmənliylər
Gəl gedəy at bu qaranlıx şəhəri bir dəfəliy
Gəl gedəy canım, gəl gedəy gözüm, GƏL GEDƏY!

gəl gedəy yüklə!
gəl gedəy [live] yüklə!

reklamlar... ((:

İniesta ft. Xavi // Barça(L)...



barça`nın yarım müdafiyə dahiləri.
Mənə çox adamnan əzizdilər tanımasamda onları... ):

hərdən...




salam
marağlı olar ee...
Bir gör nələr deyəcəm sənə.Hə sən... səninləyəm, yox e səninləyəm hə sən...
Monitorun qabağında oturan aha...
bir qulağ as gör nə deyirəm... aha bax...

5.21.2010

mırta... part.2


bu deyil yuxarıdan getmək bu əsil HOST qvardiya!
bizi görən çəkinsin, rütmə var üstümdə orduya!!
Soyuğ baxışlarla içdən didərik min nəfəri biz...
yaxın durma dişlək qalar əllərində iz...
Sənin ayağın artığ çıxıb başıma, çəkərəm əlimlə yıxıl başımdan...
Lap gəlsə əks fikir, bu nə hərəkət bəs?
Cavabı yerində şillə olar "bildiz?"
İçimnən gəldi yazdım no komment pliz

sarah...(L)

bu gözəlliyi saatlarla seyr edərəm yorulmadan...

mırta... part.1


Baxıram qaranlığ otağ mən, qulaqlığı çıxarıram sakitçilik, 
taxıram my december`in həzin hissəsi qulağımı həzz verir...
Otağda təkcə işığ var o da gözümü məhv edən voiş`in(noutbukumun adı) monitorundan bəbəyimə daxil olan gur işıqdı.
Özümə nifrət elədiyim halda ki, indi qoz bel kimi dayanıb internetdə sülənirəm
Əslində sülənmirəm, bunu mənə papa qapını açıb deyinə-deyinə dedi heç eşitmədim.
Dodağlarından oxudum ((:
Yazılar və yazıları yazanlar bunu niyə yazdım anlamadım :P

5.20.2010

Domino daşları...

Oyun daşı kimiyik,
Bizi həsrət ayırıb.
Biz bir qoşa kimiyik,
Arada xətt ayırıb.

5.10.2010

pictures by Rain-L

                                                                     

gül bayramınız mübarək! (:



"bugün gül bayramıdı, burdan bütün blog`un izləyicilərinin bayramını təbrik edir...
sizə uzun ömür cansağlığı diləyirəm... (:
sevirəm sizi......"

hahahahahahahahahaha....................
ay gülməydən öldüm bunu sizə deyirəm eee...
belə deyim bu bayramı ancağ bizdə keçirirmişlər, evdən getdilər keçirməyə...
şəhərdəymişdə, bütün sarayın qabağı gül çiçəklə əlvan boyalara boaynırmış da...
güldürmüyün məni indi qarnım cırılacağ...
bu qədər gülü kəsib doğruyub nəsə edincə gedib torpağları alardız da :P...
ay indi lap gülməli oldu ))))))))))))))))))))))))))))))))))))))))))
ciddiləşək hm hmm...
bu gün azərbaycan xalqı gül çiçək bayramı keçirir, məqsədi nədi övladım?
-məqsəd insanlayı təbiyətə balamağ və onlarda çiçəyləyə güyyəyə marağ yayatmağ...
-bəs indi siz guya nəsə edirsiz?
-hə göymüysən o boyda güldən dağ düzəltmişiyy...
-uyda siz nələr edirsiz? hala olsun valla istedad cırır eee...
-həə biz uşağyay həm istedadlı həm də bacarığyıyığ eee
ay yeyim sizin bacarığıvızı. İndi biz nə edək oturub baxağ buna
-hə yan təyəfdən gəlin bütün güyyəyə baxın ))))
ay güldürmə məni sənin mənasız vaxtına görə demirəm güllərə heyifim gəlir heç vaxt baxılmadığı halda öz həmnövləri ilə yan-yana sizin sifətinizdə mimika dəyişəcəylər diyə köklərindən qoparılıblar...
ay prezident gəlir camaatı çıxarın qoy rahat baxsın, yerdə toz var onu da süpür..
mənasızlaşdı bəsdi day...

5.08.2010

Veronica Decides To Die

canına qəsd etmək istəyən qızın həyata bağlanması haqqında
kitabı oxumamışdım, amma, oxuyacam :)
dəhşətli dərəcədə gözəldi...
kinoda aktrisa Sarah Michelle Gellar`a sadəcə vurulmuşam...
çox gözəl ifa edib rolu...
hamını baxmağa dəvət edirəm, həyata bağlıyan kinolardan :))

5.05.2010

Fuck the System!

Günəş şüası...


Sənin təxəyyülün səni zaman-zaman aldadır. Sadə hərəkətlərdə yersiz həyəcanlanma. Nəfəsin çəkir, dərin hıçqırıq, özünü itirir...
Yerdə cəsədtək uzanır, bilmir. Çatlağ şüşəli pəncərədən gələn şüa. Göz qamaşsa da ayılmağa taqət gətirmir...