12.31.2010

2011


2010`cu il düz 6 saat yarımdan sonra silinir, yerini 2011`ə verir. Bu günsə hamı sevinir. Mən demiyəcəm sizə ki, mənim üçün mənası yoxdu bu günün və ya çox böyük dəyəri var ki, əslində ən adi günlərdən biridir. Qısaca icmal kimi mənim üçün 2010`cu ili xarakterizə edəcəm.

12.20.2010

İMTHNLR


İmtahanlar yaxınlaşır. Yenə köhnə hamam köhnə tas. Hamı pul yığır (borc-xərc). Bizsə oxu zalında saatımızı saat eliyirik ((:
Ümumi Gigiyena, FarmakalogiyaPatoloji Fiziologiya fənnlərində hazırlıqlar gedir.
İnşallah yaxşı olar. İnşallah deməynən də.. Halva halva diməynən ağız şirin olmadığı kimi.. ((:
Ona görə diqqətsiz saxlıyıram hələlik blog`u. Onsuz adresi dəyişmişəm tapmağ çətindi ((:

P.S şəkili çox sevdim...

12.19.2010

ESP - BAR


Espanyol
1-5
Barcelona

Catalan derbisi. Gözlənilən növ oyun sərgilədi. Amma rəqib əvvəlkilər kimi zəyif olmadığından kontr ataklarda çox təhlükəli mövqe göstərirdi. İlk iki qolu birinci taymda vursağ da, növbəti taymın çətin olacağı təəccüblü deyildi. Pedro`nun vurduğu qoldan sonra, Espanyol artığ arzuladığı qolu vurdu. Mənim təəssüfləndiyim, Barcelona`ya 14 oyundu qol vurulmaması idi. Heçnə olmaz bu 14 oyunda vurduğu 33 qolun müqavilində qapısında cəmi bir qol görmüş oldu. Sonrakı iki qol isə Villa`nın sayəsində oldu.

Pedro, Xavi, Pedro, Villa, Villa

Highlights

12.18.2010

The Social Network

...
Arada ADSL`imlə bağlı olan problemlərin sayəsində bu kinoya baxa bilməmişdim. Ona görə də "baxacağlarım" adlı list`də çox gözləməli oldu. Sonda baxdım təqribən 5-6 gün əvvəl və dəhşətə gəldim. Ümumilikdə bu tip kinoları sevirəm, realda baş vermiş hadisələrə söykənən və qeyri-fantastik (düzdü burda elə də inandırıcı olmayan rəqəmlərdən söhbət gedir) filmlərdən. Hə nə deyim, baxdım. facebook.com`un yaranmasına və indiyə kimi gəldiyi yollara qədər, doğurdan da marağlıdır.

....
Filmdə  Mark Zukerberq adlı gənc bir proqramist tələbənin 500.000.000 nəfərlik kütləni heyrətə gətirən sosial internet şəbəkə yaratması bəhs edilir. Bu ideanın ağlına gəlməsi film boyu şübhəlilik törətsə də, oğurluq olduğuna dair şübhələr daha məqsədə uyğundur. Ona görə də məhkəmələrə dəvət alan bu xəsis oğlanın, bəlkə də hamıdan üstün tutduğu sayt arzuları çin olur və o dostu ilə birgə bu ideanı gerçəkləşdirir. Əvvəlki adı thefacebook.com`la işə başlıyırlar və daha da mükəməlləşdirə-dirə çox az bir zamanda maximum yuzer sayını keçir. Çevrəni daha da genişləndirmək istədikcə bu şəbəkə məhşurlaşır. Getdikcə bütün dünyaya yayılırdı. Sonradan bu iki gənc oğlan Sean Parker adlı çox uğurlu olmayan kariyeraya sahib saytmeykerlə danışığlara gedirlər. Və bu gündən bu iki dostun münasibətləri və thefacebook.com`un gələcəyi dəyişir. Mark maliyə problemlərinə görə dostundan ayrılır və Sean`la çalışmağa başlıyır. Beləliklə adı dəyişən facebook`un ən qlsa zamanda 1.000.000 yuzerə çatması artığ böyük bir problemə çevrilir. Bu sayt sanki partlamağa həran hazır böyük bir bomba idi. Günü gündən böyüyür və yuzerlərinin sayı artırdı. Yeni dəyişilərlə birlikdə, çoxlu gəlir gətirirdi. Məhkəmələrə düşmə səbəbi də elə bu idi...

.....
Filmi çox iyrənc başa salıram ümumilikdə mən. və ona görə baxmağa dəvət edirəm.


......

The Social Network - Trailer (2010) HD New Full from GetMovie.Us on Vimeo.

P.S Onu deyim ki, filmdə çox kiçik idealardan, çox böyük bir şey əldə etmək olar kimi böyük bir idea var. Mən çox çalışıram bu fikri dəyərləndirmək üçün. Adam əslində istədiyi etməlidir. Təbii ki, cəmiyyət çərçivəsində çıxmama şərti ilə. ((:

Intro


Çox həyif ki, əvvəldən açmağ istəsəm də unutduğum, təxirə saldığım bu bölmə indiyə kimi gözdüyür.
Və ümüdvaram heç bir problem olmaz sonradan. Açmağı qərara aldım. Beləliklə mən bu günnən sora baxdığım filmlərdən ən bəyəndiylərimi bura yerləşdirəcəm. Kimə marağlıdı daxil olub bəhrələnə bilər. və ya sadəcə baxa.. Şəkildən göründüyü kimi hələki işığlar söndürülmüyüb və yerlər boşdu.. tələsin ((:

12.17.2010

photo by Ellen Von Unwerth. model: Claudia Schiffer ♥

://

Dəyişib..


Dərsdən çıxmışam evə gəlirəm. Artığ uni-məhlə adlı uzun bir yolu elə də az vaxt sərf etmədən geridə qoyduğdan sonra məhlə girdim. Çox nadir hallarda olsa da həmişəki kimi qabağıma çıxan köhnə tanışlar, qonşular çıxmasına baxmayaraq təəccübləndirən halla rastlaşdım. Adətim olmayan "Salam" sözünü işlətsəm də məni heç görmüyüb yanımdan keçən Xəlil əmi, Ədilə xala, 3`cü blokdan Vüsal və liftin ağzına çatanda qapı qonşumuzun məni tanımadan yoluna davam etməsi, içimdə şübhəli suallar yaratmağa başladı. Gülməli olsa da dedim bəlkə ölmüşəm kinolardakı kimi, ruham indi və heç kim məni görmür ((: 
Liftdə güzgüyə baxdıqdan sonra gülümsədim:
- Salam, Necəsən?
- Yaxşıyam sağol.. ((:
...
Evə gələndə Mama ilə görüşəndə:
- N`olub yenə?
- Heç camaat artığ əvvəlki deyil.
Səbəbini soruşmadan gülümsədi..
Gülümsəməyinin səbəbi artığ hər şeydən narazı olduğumnan təəccüblənməməsi idi. İş də orasındadı.
İnsanlar dəyişib. Dəyişib deyəndə bir az nisbi səslənir. Əsas olan nə istiqamətdə dəyişib, və niyə?
Hamı bilir. Hamı susur...
bilmirəm, bəlkə elə belə yaxşıdı? \\:

P.S heçnə..

17.12.10

12.09.2010

Başa düşdün nə demək istədiyimi...


Günü yaxşı keçirdim, pis keçirdim. həyatımız necə də mənasızdı...
Məncə hər gün təəccüblənməliyik... ki, nəsə öyrənək...
Heç vaxt getmədiyiniz, ya da çoxdandı getmədiyiniz yerlərə gedin...
Şəkillər çəkdirin... hmm.. elə dedim ki, guya özüm dəhşət də dəyişiylik edənəm...
Amma çalışıram (axır vaxtlar)... çalışıram... çalışıram...
Ən azınnan sənə baxanda mən xoşbəxtəm...
Əlindən tutub, "uşağ kimi" ilk dəfə karuselinə mindiydəki kimi həyəcanlanan sevgilim yoxdur...
Amma oxuduğca həzz aldığım kitablarım var...
Valideynlərimin hesabına aldığım son model maşınım yoxdur...
Onun əvəzində baxmadığım bir sürü kino var...
Ətrafdakı insanlarla elə də isti əlaqəm yoxdur...
Əvəzində əsl dəyər verdiyim bir neçə insan var...
Özümü təriflədiyim bəsdir. Başa düşdün nə demək istədiyimi...

P.S bu yazıda elə də xüsusi məna yox idi. baş sındırmağa çalışma. tapsan nəsə çəkinmə şərh yaz görəy ((:

09.12.10

12.01.2010

Eqoist


Bəlkə keçmişi yada salım, çox darıxıram..
Elə əvvəldən gəlim, açıb şəkilləri uşağlığımı yada salım.
Kiçik əllərimə toxunum.. o əllərə toxunan əllərə baxım..
Məni o zamanlar çox sevirmişlər. ağlıyım, sızlayım. böyüdüyümdən utanım...
Böyüdüyümü yadıma saldım.
Niyə hər dəfə peşman oluram. Bir dəfə də etdiyimdən fəxr edim..
Bax bu nəyəsə dəyər deyim.
-Çox demisən..
-Çox demişəm? yadıma gəlmir. Niyə?
-Unutqan insan olduğundandı bəlkə?!
-Yox mən elə deyiləm.
-Eh... yenə başladı. Rahat özünü tənqid edirdin...
-Nə?...
-Eqoistliyini deyirəm. Başladın yenə də... sənnən adam olmuyacağ! Beləcə də davam edəcəysən. Sən özünü tanımırsan. Və özündən çox razısan və bitti!..
-Nə bitti sən nə danışırsan? Səhv deyirdin axı. Mən eqoist deyiləm!
-...
-Ey, hara getdin?..

P.S yazını yarımçığ. heçnəyə yaramaz halda buraxıram. Məncə vermək istədiymi mesaj açığ aydındı. Özünüzü bir qabağınıza qoyun! Papağdan keçib. Və utan özündən. Çünkü sən heçnə etməmisən. Bu sən timsalda hamıya aiddir, nəyəsə nail olmuş insandan tutmuş heçnəyə nail olmayan insana kimi... Bill Qeytsdən, Snup Doqdan və s.'dən tutmuş, Toniyə, Coniyə, Əhmədə kimi...
P.P.S bir də özünüzə və mənə həmişəki kimi məntiqsiz sual vermiyin ki, o biri danışan kim idi?!!

01.12.10

11.30.2010

kövrəltdilər məni ((:

Noyabrın 29`u möhtəşəm günlərdən biri...
la liga`da 2010-11 sezonun ilk el clsassico`su və hesab.. 
5-0 sadəcə əla keçdi... hərtərəfli.
Baxdığım ən ürəyimə yatan oyunlardan biri...

oyunun ən gözəl anları və qollar:



iyrəncliklər də olmalıdı axı:

11.28.2010

təsir altında...

indi bura nə qədər cümlə yazsam, yığsam..
hisslərimi tam əhatə edə bilməyəcəm..
keçmişi xatırladım o gün..
və məni çox böyük qüvvə ilə çəkdi...
bir il əvvələ çəkdi..
Qısa Qapanma...

11.17.2010

Ölmüş Sima


Turşumuş sifəti ilə Aqil bəlkə də bir saat idi ki, otağın ortasında olan tanımadığı kişiyə baxırdı. Hər dəfə də sanki, ilk dəfə görürmüş kimi ona toxunur, ara-bir üzünü göz yaşlarına qərq edirdi. Qarşısındakı kişi isə heç bir şey olmuyubmuş kimi gözlərinə Aqilə zilləyib, sakitcə oturmuşdu. Yəqin ki, səbəb onda deyildi. Sadəcə bu vəziyyətin nə zaman bitəcəyini təəccüblə gözləyirdi. Aqil isə gözünün qovrasını sıxmaqda davam edirdi. Birdən otağın hönkürtü ilə dolu ölü sakitliyi, qışqırtı səsi ilə pozuldu. Aqil qalstukunu kobud şəkildə boşaldıb, pencəynin ilk iki düyməsini açdı və danışmağa başladı: "Sən necə 'bunlar' kimi ola bildin?! Axı mən səni belə tanımamışdım?! Mən səni ideal insan kimi görmək istəyirdim? Sən bəs nəfsini öldürmüşdün. Ən saf arzularla, özünə parlaq gələcək qurmuşdun. 'Bunlardan' fərqli ömrə sahib olmaq, cəmiyyətdən uzağ olmaq istəyirdin. Sevgi ilə yaşayıb, qocalmaq istəyirdin. Elə sevgi ilə də ölmək. Özündən sonra qalan övladlarına xoş xatirələr qoyub gedəcəkdin. Day 'bunlar' kimi yox! bu axmaqlar kimi yox! Bəli, axmaqlar. Həyatın mahiyyətini pulda görənlər, ətrafdakıları heç sayıb, sadəcə şəxsi mənfəətini güdənlər! Yaxşı yadıma düşdü, ay kişi, bəs deyirdin məni dəyişə bilməzlər! Mən onların çirkin əməllərinə heç vaxt qoşulmaram? Artıq gecdi, yaşın 58, özün qoca. Üzündən mürdəşir yağır ee. Sənə bu yaşımda deyəcəyim çox söz var, amma, artığ onları işlədəcək üz yoxdur. Çoxdandır səni belə görmürdüm. İndi ən axırıncı görməy istədiyim kəs olarsan. Bəzi ümüdverici adamlar deyir: 'heçnə üçün gec deyil, hər an hər şeyi dəyişə bilərsən!'. Tələsmə.. Tələsmə! Sənin vəziyyətin buna uyğun deyil. Öz sevdiyi ilə evlənməyə qoymadığın üçün evindən qovduğun oğlunun üzünü belə xatırlamırsan. Çox illər keçib üstündən. Qızını isə nazir müavinin ağıldankəm oğluna puluna görə ərə verdiyini heç demirəm. Bu saat dünyanın bəlkə də ən bədbəxt qadınıdır. Sənə nifrət edirəm! Sənə görə özümdən utanıram! Sən məni məhv etdin! Sən mənim dünyamı məhv etdin! Aaa.."Bir neçə saniyəlik rahatladıqdan sonra qarşısındakı, həyasız baxışlarla onu süzənin murdar üzünə bir yumruq vurdu. Və otağın ortasından bu ani səssizliyi cilik-cilik edən şüşə qırıntıları bütün otağı bürüdü. Bu otağa, axşam evə gedən xadimə tərəfindən qoyulmuş təzə güzgü idi. Artıq sadəcə güzgü yox, Aqilin özünə olan ümüdsüzlüyünün tək səbəbi idi. Onun ölmüş simasının dəfni idi. Aqil ayağa qalxaraq köynəyinin düymələrini bağlayıb, qalstukunu sıxdı. Dərindən nəfəs aldı. Və heç bir şey olmuyubmuş kimi, saatına baxdı və tələm-tələsik xırıltılı səslə dedi: "Ou.. işə gecikirəm!". Pencəyini geyinib çıxdı..Otağın ortasında geridə qoyduğu güzgü qırıntılarını isə günorta evə gələn xadimə deyinə-deyinə yığışdırdı.
17.11.10

10.05.2010

untitled_1


gəl alışağ bütün olası problemlərə
qarışağ sakitcə dünyanın işinə
bəlkə tərslik yox hər şeyi unudağ
farmat elə barışağ, biraz utanağ..

9.18.2010

bezdim ...


yalan dolu qələminlə bu gün nə deyəcəksən ona,
sanki, göz yaşlarla dolub buludlardan yerə qona.
hər bir hərif tapıb hərif, yalanları deyir artıq..

insanlar..


insanlar oynayır,
mənsə onlara baxır.
həm arada gülür,

kiçik yaşıl şarım



mənim kiçik şarım, kiçik şarım
kiçik yaşıl şarım.
ipindən asılı yumru şarım.

9.01.2010

Rafitobioqrafiya



Əvvəla belə bir söz deyim ki, son vaxtlar dilimə düşən bu "zad"(ki, çox məhşurdu, ətrafımda demək olar hamı) sözünü bu yazıda, çox yerdə işlətmək istəsəm də, istifadə etmiyəcəm. yazı qoy mədəni olsun. və tam bioqrafik də yox, kiçik formada sizə Rafit haqqda məlumat verəcəm.

8.05.2010

7.30.2010

QaraQan - Həyatım əllərimdə



Hər ömürdə bir kitab var,
Hər kitabda bir əsər var,
Hər əsərdə bir nağıl,
Hər nağılda bir kədər var,

uzaqlarda...


At hər şeyi qaç!
Bu şəhər sənin,
Sən də bu şəhərin bilmədiyi dildə danışıb,
deyinirsiz.
Qaç dalğaları yarıb, tez qaç!

7.23.2010

adamsan? (nəzirə)


Əvvəla “insan” sözü ilə “adam” söz arasındakı fərqə baxaq. Hər bir 2 əlli, 2 ayaqlı, 2 gözü, burnu, ağızı şüurlu dərrakəli olan canlı, insan adlanır. Buna biraz keçmişə qayıtsaq qədim insan növlərinə daxil olanlardan tutmuş, indiki homo sapiens cinsinə kimi olanlar aiddir.

Sənsiz (ithaf)


Səni dəniz ayırır məndən,
Sakit, bir söz belə demədən.
Uzaqlarda qucaqlayır,
Səs gəlmir bu ləpələrdən.

7.18.2010

Roxy (L)


Bir gün insan ürəyinin necə geniş olması haqqında fikirləşirdim. Birdən sən yadıma düşdün. Hər gün yadıma düşürsən. Amma bugün fərqli idi.

7.17.2010

Вот и конец...

 ...dizinə başımı qoyub, gözümnən axan damlaların sayı qədər "həyat, sən niyə
beləsən?!" deyərdim... indi də deyərdim... bax elə indi... amma o artıq qanadlarını mənə toxundurub getdi... sadəcə toxundurub getdi... Amma arxada nə qoyub getdi?... Həyat, sən niyə beləsən?!...
- Yadıma düşəndə, gözümdən düşəndə, səmadan düşəndə
Mən qayıdacam...

7.14.2010

QaraQan

Assai - Polkan

Son günlər ən çox dinlədiyim musiqi əsəri. Sadəcə dinlə...

Мой план в умах на все времена,
Вой, Полкан, пой нам,
Именно так, до последних двух
Танец стёртых лап.

Coco

Çoxdandı baxmaq istədiyim və həyatıyla marağlanmaq istədiyim Coco Chanel...
kino əla çəkilib, və marağlı həyata sahib olan Coco`nun başına gələnlər...
Hamı baxsın çox şey öyrənmək olar. Yüklə!: Coco avant Chanel

7.08.2010

Spain - İtz just a dream...


Bu komandaya olan sevgim bəlkə də heç vaxt dəyişməyəcək... ilk öncə ölkə haqqında fikirlərim.

7.06.2010

Sagopa Kajmer - İ.D.B.E.P

nə qədər darıxmışam bu mahnı üçün...
heç vaxt unudulmaması ümüdü ilə

...yüklə!

Yarini olmayan dünlere yazilmis her siir ve sair olmus
her fikir ki kaleme düsmüs her sözü.
Hep karanlik anlatildi sarkilarda günyüzü.
Yalpalayan ömürler asikar hüzün görüntüsü.

7.05.2010

bir gün adam kimi yaşamaq istəyirəm.


bir gün adam kimi yaşamaq istəyirəm.
sadəcə nəfəs alıb verdiyim təmiz havada
uçuşan göyərçinləri sakitcə seyr edərəm

7.04.2010

sən - mənim həyatım



Cəmi 4 dəfə onu görmüşəm, bu azdı, amma, ondan başqa heçkimi fikirləşə bilmirəm. O sanki həyatda məni tamamlayan, onsuz yaşaya bilməyəcəyimi öyrədən bir möcüzədir.

7.01.2010

Assai - Vals


Bu qədər super əsər olar? ((:
Vallah deyəcək sözüm yoxdu əla!
танцуй не со мной. я же вижу, не со мной...
такое красное сердце...
в облаке прозрачных платьев
в карусели свадеб и драм
кружит,кружит,кружит вальс...

6.20.2010

π - Pİ




...çox super bir film...
"π"`nin açılışını (3.14) və sirrlərini öyrənməyə özünü verən cavan xəstə oğlan.
Alim, dahi və bir sıra bu qəbilədən sözlərin sahibi...
Həyatda hər .eydən üstün bildiyi π`nin onun həyatına olan təsiri...
Sonda isə intihar edəcək dərəcəyə çatdırması.
HOST forum`da linkin`in tövsiyyəsi ilə baxdım ona da təşəkkür!

6.17.2010

yarım final gəlir...

A    June 11    16:00    South Africa vs. Mexico    1 - 1
A    June 11    20:30    Uruguay vs. France    0 - 0

AlterEgo ft. AiD - 40`cı qapı






it`s really super! no comment!

Sağolun!


Məni tapa bilməzsiz!
Sizi çox əsəbləşdirmişəm, çox incidmişəm...
Artığ sizdən çox uzaqdayam, sizdən bezdim.
Sizin intiqamınız hələ qalıb. Gəlin axtarın məni!
Amma, yenə də deyirəm məni tapa bilməzsiz!
Heç axtarmağa belə ehtiyac yoxdu.
Öz vacib işlərinizə davam edin.
Daha da yaxşı məni day görmüyəcəysiz.
Baxın da, çaşıb darıxarsız, onda artığ mənlik deyil...
Sağolun!

Gəncəyə qarğalar gəldi!



Ayın 13`ü çoxtan gözlədiyimiz gün. Əvvəl getmiyəcəydim sona 3 gün qalmış, bəzi səbəblərə görə. Amma sonda yaxşı ki, getdim deyə sevinərək bu yazını yazdığıma görə hər şey əla olub deməli. Gəncəyə səhər tezdən saat 7:00`da Bakıdan çıxaraq yola düşdük. Yolda nisbətən sıxıcı və isti olduğu üçün darıxmaq və yxulamaqla davam etdiyimiz o anları bəzən HOST`un əzbərə bildiyimiz track`lərindən qoyaraq xorla oxuyurduğ. Qalan vaxtlar isə podişlə Sagopa və Eminem`in son albomlarını dinləyirdim.

6.06.2010

Wakin` Life


Walikn` Life" (Пробуждение жизни)
baxıb da çox şey öyrənə biləcəyin bir film...
həyat terminləri, insanı həyata bağlıyan və bağlımayanlar...
hamı tapıb baxsın!

6.05.2010

BiD`ə resenziya...


Hisslərin ideal sinfoniyası və qırağdan müşahidəçi kimi digərinə anlatmaq, bu qədərmi gözəl ola bilər?!

6.02.2010

içdən vərəqə...


Ağıllılardan çox sevirik biz dəliləri,
Cəmiyyətin qanını sona qədə içən zəliləri.
Biz sərt sinir hüceyrəsi, reflex zəyif sizə qarşı,
Yazıram bura borc olsun kəsmək lazım sizi başı.
Mən qaranlığ prospektlərdən başlanğıc sizdən fərqim,
İçimizdə sevgini axtardığ, sizə nifrətdə tapdığ.
Ordu-mordu anlamırığ biz düşməni kiçik,
Sizi görmürük, ondan saya bilmirik tipik.
Deyil reallığ, deyil reallığ, sənə öyrədilən hər şey. ((:

5.31.2010

Uğur uğur dalıyca...


Deməli bu ilin Milli kitab mükafatçısı QaraQanın "A" romanı oldu...
hamını təbrik edirəm, HOST`un növbəti uğuru münasibəti ilə...
Gələn il də "Bir Milyon Dollarım Olsaydı" olar birinci yer yəqin ki (;

Milli Kitab Mükafatı 2010 

Hava Od Su Torpaq



Həyatda təkcə nifrət obyekti olan bəzi şeylər var ki, onları həmişə kölgədə saxlayan tutarlı səbəblər olur və bunları vecinə almırsan.
Aydındır ki, bu səbəbləri bəzən izah etmək çətin olur, bəzənsə izah edə bilmirsən, ya da bəlkə də nə vaxtsa edəcəksən,o anı gözləyirsən.
Vergül qoyub həyatına davam etmək istəyirsən, səni başa düzməzlər deyə öz içindəki dünyada yaşayırsan.
Azad hiss etdiyin yerdə sənə doğma olan sözləri eşidirsən, səni təklikdən ayıran, hisslərinin danışdığını hiss edirsən.
Olmaz deyib içində xəyalların puç olduğunu görürsən və bunu istəmədiyin üçün qarşındakıları tənqid etməyə başlıyırsan.
Durduğun halda birşey etmədiyinin fərqinə varıb, ətrafdakılara baxıb, səni "qoruyanların" səni məhv etdiyini anlayırsan.
Sevgidə özünü "itirdiyini" başa düşürsən və bunu hamıyla paylaşmaq istəyirsən, cəhd edirsən.
Ulduzları yaxından seyr etməkdən çox onun gözlərindən öpmək istəyirsən, uzağlaşanda darıxırsan.
Tərbiyəsiz cəmiyyətin kölgəsindən uzaq edib onu qucaqlamaq istəyirsən.
Onunla birgə olmağa mane olanları məhv etmək, ya da vaxt yoxdu, mane olmağlarını istəmirsən.
Rəqib kimi baxıb, zəyif yerlərini tapıb onları yandırmaq üçün səhvlərini üzlərinə vurursan, etdiklərinə sevinirsən, fəxr duyursan.
Pisliklərdən uzağ durub onları özləriylə döyüşməyə vadar edirsən, çox vaxt alınır, çox vaxt isə yox.
Alınsa da alınmasa da bu belədir deyib ağızlarından "şillə" vurursan və səhv olduğlarını anladırsan.
Qaydalara qarşı çıxıb, qaydaları qoruyanları qınayırsan hər şey özlərinə buraxırsan, qoy öz başlarını özləri çıxartsınlar bu həyatdan deyib sakitcə qeyb olursan...

5.29.2010

Biz İnsan Deyilik


Maska bi dənə albom gəlir...Repin tarixinə öz damğasın vuracaq...
Mən deyərdim sənət əsəri. ya da HOST`un hələki ən dəhşətli layihəsi...
Çox danışmıyağ...
Sabah albom çıxır hamıya məcbur edirəm albomu alsın! yoxsa pis olar ((:
Qısacası böyük gün sabah...

fikirlər...


Mən oturub bütün günü fikirləşirəm. "Mən nə edəcəm? Bax univer`də oxuyuram. İstəmirəm day getmək...

5.22.2010

gəl gedək!




Gəl gedəy ulduzlar rəqs edər bizimçün orda
Gəl gedəy ayağyalın mavi dəniz sahilində
Gəl gedəy orda insanlar yoxdu deməli yoxdu dərd
Gəl gedəy əlimnən bərk yapış gəl gedəy
Gəl gedəy orda çiçəylər və göyərçinlər
Gəl gedəy sərin sulu bulax yaşıl çəmənliylər
Gəl gedəy at bu qaranlıx şəhəri bir dəfəliy
Gəl gedəy canım, gəl gedəy gözüm, GƏL GEDƏY!

gəl gedəy yüklə!
gəl gedəy [live] yüklə!

reklamlar... ((:

İniesta ft. Xavi // Barça(L)...



barça`nın yarım müdafiyə dahiləri.
Mənə çox adamnan əzizdilər tanımasamda onları... ):

hərdən...




salam
marağlı olar ee...
Bir gör nələr deyəcəm sənə.Hə sən... səninləyəm, yox e səninləyəm hə sən...
Monitorun qabağında oturan aha...
bir qulağ as gör nə deyirəm... aha bax...

5.21.2010

mırta... part.2


bu deyil yuxarıdan getmək bu əsil HOST qvardiya!
bizi görən çəkinsin, rütmə var üstümdə orduya!!
Soyuğ baxışlarla içdən didərik min nəfəri biz...
yaxın durma dişlək qalar əllərində iz...
Sənin ayağın artığ çıxıb başıma, çəkərəm əlimlə yıxıl başımdan...
Lap gəlsə əks fikir, bu nə hərəkət bəs?
Cavabı yerində şillə olar "bildiz?"
İçimnən gəldi yazdım no komment pliz

sarah...(L)

bu gözəlliyi saatlarla seyr edərəm yorulmadan...